Wikileaks ABŞ kəşfiyyat rəsmisinin sənədlərini yaydığını deyir

Şəklin mənbəyi, Reuters

Wikileaks ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) direktoru John Brennanın şəxsi email hesabının bəzi məzmununu açıqladığını iddia edir.

Wikileaks saytında yayımlanan altı ədəd sənəd arasında içərisində şəxsi informasiya olan təhlükəsizlik rəsmiləşdirilməsi proqramının ilkin versiyası da var.

MKA bəyanat verib ki, Brennan ailəsinin hesabını həklənməsi qərəzli niyyətlə edilmiş cinayətdir.

Bir orta məktəb şagirdi New York Post qəzetinə hadisəyə görə məsuliyyət daşıdığını açıqlayaraq işlə əlaqəli sənədlər tapdığını bildirib.

Qəzet yazır ki, gənc ABŞ-ın xarici siyasətinə acıqlı olub.

Twitter hesabında 13 yaşında göstərilən məktəbli hökümətə aid ola biləcək sənədlərin görüntülərini paylaşıb.

Wikileaks çərşənbə günü yeni sənədlər yayacağını tvitləyib və bir neçə saatdan sonra paylaşılan sənədlər arasında 2007-ci ildə yaradıldığı iddia olunan milli təhlükəsizlik proqramının ilkin versiyası da olub.

Federal Təhqiqatlar Bürosu və Məxfi Xidmət bildirib ki, hadisəni araşdırırlar.