"Həyat yoldaşımın homoseksual olduğunu necə öyrəndim?"

homoseksual

Şəklin mənbəyi, Omer Messinger/NurPhoto via Getty Images

Bir çox homoseksual qadın və ya kişi həyatlarını heteroseksual evlilik içində qarşı cinslə birlikdə keçirmək məcburiyyətində qalır.

Lakin məsələnin digər tərəfi həyat yoldaşlarının homoseksual olduğunu öyrənən heteroseksual insanlardır.

Bir il əvvəl ərinin homoseksual olduğunu öyrənən Emma belə deyir: "Onlar haqqında nəsə demək homofobiya hissi yaradır. Fikrimcə, bir insanla 10-20 ilini keçirib onu bir kənara atmaq cəsarətli hərəkət deyil".

"Onlar həyatına davam edə bilirlər və gözəl yeni həyat yaşayırlar, amma arxada əzilmiş bir qadın qoyub gedirlər. Siz bütün həyatınızı xərclənmiş kimi hiss edirsiniz və bu, sizin üçün səhifəni bağlamaq demək deyil" deyir.

Oxşar vəziyyətləri yaşayan bir çox həyat yoldaşları üçün ən çətin şeylərdən biri keçmiş həyat yoldaşının homoseksuallığı barədə danışmağın nə qədər cəsarətli bir şey olduğu mövzusunda təbrik edildiklərinin fonunda, arxalarında qoyduqları zərərin də fərqində olmalarıdır.

43 yaşlı Carol-un yaşadığı buna bənzəyir. Keçmiş həyat yoldaşı homoseksual hüquqları müdafiəçisidir. Carol ona göndərilən bir ismarıcda keçmiş ərinin bir ilham mənbəyi və rol modeli olduğunun yazıldığını söyləyir.

"Bundan iyrəndim, o, münasibətimizdə mənə və özünə yalan söyləyərkən başqası ona bu şeyləri yaraşdırmışdı".

"Məncə, qürur hissi keçirəcək bir şey yoxdur. Əslində gey olduğunu etiraf edə bilməməklə ailəmizi yox etdi".

Carol və həyat yoldaşı 2003-cü ildə evləniblər və iki uşaqları var. Carol "çox xoşbəxt və aşiq" olduğunu söyləyir.

Lakin bəzi şeylərin yolunda getmədiyinə dair işarələr var imiş, məsələn, kompyuterdə homoseksual tanışlıq saytlarına daxil olmaq kimi...

Həyat yoldaşı bunu müəyyən şəkildə izah etmişdi. 2009-cu ildə biseksual olduğunu, amma onunla bir yerdə yaşamağa davam etmək istədiyini söyləyib. Carol çox güman ki, "məsələn, sadəcə qəbul etmək istəmədiyini" deyir və bir yolunu tapacaqlarını düşünür. Çünki həyat yoldaşı ömrünü bərabər keçirmək istədiyi adam imiş.

aile

Şəklin mənbəyi, THINKSTOCK

"Dünyam başıma yıxıldı"

Bir il sonra isə həyat yoldaşı evə gələrək homoseksual olduğunu söyləyir və onu tərk edir.

"Dünyamın başıma yıxıldığını düşündüm. Sonra həyat yoldaşım geri qayıtdı və uşaqların xətrinə bir yerdə qalmağımızı söylədi. Nə edəcəyimi bilmirdim və iki il ərzində bu yalana davam etdik. Kənardan baxanlar üçün xoşbəxt, normal cütlük idik".

Lakin onlar sonda boşanıblar.

Carol ən çətin şeyin şokdan çıxmaq olduğunu söyləyir. Həyat yoldaşı hazırda başqa biri ilə evlidir.

"Bunları unutmaq üçün vaxt lazım idi. Mənim üçün bu, inam məsələsidir. Başqa birinə yenə necə inanacam? Kişilərlə rəqabət apara bilmərəm, mən bir qadınam. Lap başdan dürüst olmalı idi", deyir.

"Əgər bir qadınla münasibəti olsaydı, bu, daha asan olardı. Ən azından ilk olaraq məni sevmişdi deyərdim. Məni sevdiyini söyləyir, amma ona inanmıram".

51 yaşlı Kevin-in həyat yoldaşı ona başqa bir qadınla cinsi münasibətim olarsa, bu, sənə problem yaradarmı sualını verən zaman 7 ildir ki, evli imişlər.

Yalanı yaşamaq istəməmək

Arvadının homoseksual olması haqqında heç bir fikri yox imiş. "Bir gün gəldi və mənə "bir qız rəfiqəm olsa, bu, sənin üçün problem yarada bilər?" deyə soruşdu.

"Əgər həyat yoldaşınızın qarşı cinsdən biriylə münasibəti olarsa, qəzəblənə bilərsiniz. Amma bu vəziyyət çox qarışıqdır. İki ildir ki, belə hiss edirmiş, amma heç bir şey deməyib".

Kevin-in həyat yoldaşı evliliyin davam etməsini istəyib, lakin Kevin bu yalana tab gətirməyəcəyini söyləyib və boşanıblar. O gündən bu yana heç danışmayıblar və keçmiş həyat yoldaşının hazırda həmcins bir partnyoru var.

Kevin həyatının parçalandığını hiss edib və intihar etmək istəyib.

"Evliliyimin davam etməsini istəyirdim, hər şeyimi bu evliliyə sərf etmişdim. Uğursuz olmasını istəmirdim. Bir kişi və bir ər olaraq çox bacarıqsız olduğumu hiss etdim. Çox pis idim" deyir.

isiqfor

Şəklin mənbəyi, Joerg Koch/Getty Images

İnsanların homoseksual olmasına baxmayaraq, heteroseksual bir münasibətə bağlı yaşaması üçün çox müxtəlif səbəbləri ola bilər.

Hələ ki, hisslərin fərqində olmaya bilərlər, bu hisslərin gedəcəyinə ümid edə bilərlər, ya da mühakimələrlə qarşılaşmaqdan qorxa bilərlər. Bəziləri cəmiyyətin homoseksualları daha az qəbul etdiyi bir vaxtda evlənmiş ola bilərlər.

Böyük Britaniyada reqbi oyunçusu Gareth Thomas açıq şəkildə homoseksual olduğunu söylərsə idmanda zirvəyə qalxmasının nə qədər çətin olacağını düşündüyünü deyir.

Thomas 2009-cu ildə öz həqiqi hisslərini inkar etdiyini və həyat yoldaşını həqiqətən sevdiyini söyləmişdi.

Həm Carol-un, həmdə Kevin-in heteroseksual münasibətdə olan, ancaq gey olduqlarını düşünənlərə bir ismarıcı var.

Carol "Özünüzə və həyat yoldaşınıza qarşı dürüst olmalısınız, xüsusilə uşaqlar varsa. Cinsi oriyentasiyanızı bilməmək və qərar qəbul etmək üçün vaxt keçirmək hər kəsi incidir. Kim olduğunuz haqda dürüst olun" deyir.

Kevin əlavə edir: "Vəziyyəti nə qədər tez danışsanız, hər kəs üçün o qədər yaxşı olar. Çətin ola bilər, bu, bir evliliyə son qoya bilər. Ancaq vəziyyət belədir ki, biri şkafın içindədir, siz isə onun çölündə və bunun fərqində belə olmadığınız halda nəyisə təmir edə bilməzsiniz."

Altı il sonra Kevin həyatını "gözəl" adlandırır və bənzər təcrübələrdən keçənlər üçün dəstək proqramlarında yer alır. Onun vəziyyətində olanlara dəstək qruplarını tövsiyə edir:

"Daha yaxşı olacaq. Çətin oldu, həyatım hazırda tamamilə fərqli bir yoldadır. Amma gözlədiyimdən daha yaxşı vəziyyətdədir" deyir.