Britaniya: Çin rəhbəri Xi Jinping kraliça və baş nazir tərəfindən qarşılanıb

Şəklin mənbəyi,
Gözlənildiyinə görə, Çin prezidentinin Britaniyaya səfər zamanı iki ölkə arasında ümumi məbləği $45 milyard civarında olan ticari və investisiya sövdələşmələri imzalanacaq.
Təntənəli qarşılanma mərasimi Buckingham sarayı önündə təşkil olunub.
Qarşılanma mərasimindən sonra Çin rəhbərinin şərəfinə ziyafətin veriləcəyi gözlənilir.
Çin prezidentinin Britaniyaya rəsmi səfəri 4 gün çəkəcək, onun baş nazir Cameron-la danışıqları nəzərdə tutulub.
Gözlənildiyinə görə, səfər gedişində iki ölkə arasında ümumi məbləği $45 milyard civarında olan ticari və investisiya sövdələşmələri imzalanacaq.
