Gələcəyə Qayıdış II: film nəyi düz tapıb?

Şəklin mənbəyi, Universal Pictures

Gələcəyə Qayıdış günü gəlib çatdı – məşhur fantastika filminin ikinci bölümündə Marty və Doc gələcəyə səyahət edir.

Film 1989-cu ilin noyabr ayında buraxılıb.

Şəklin mənbəyi, Universal Pictures

Filmin çəkilişindən 26 il sonra onu izləyərəkən, nə qədər texnologiya trendlərinin düzgün təxmin edildiyini görmək insanı heyran edir.

Tanış olaq

Şəklin mənbəyi, Universal Pictures

Bəzi şeylər isə xəyal olaraq qalır. Məsələn, “gedəcəyimiz yerdə yollara ehtiyac yoxdur...” – bax bu vəd yerinə yetməyib.

Uçan maşınlar həmişə nə vaxtsa gerçəkləşəcəyi gözlənilib. Terrafugia 2012-ci ildə belə bir model avtomobilin satışına başlayacağını bildirmişdi. Lakin hələ də bu, reallığa çevrilməyib.

Şəklin mənbəyi, Universal Pictures

Lakin filmdə uçan maşınlarla bağlı bir şey dəqiqdir.

Hərəkət edən avtomobillərin səsinə qulaq asın və indiki Toyoto Prius və digər elektrik maşınlarından çıxan səsə bənzədiyini duyacaqsız.

Lakin avtomobilin enerji əldə etməsi üçün tullantılardan istifadə edilməsi xəyal olaraq qalıb.

Şəklin mənbəyi, Universal Pictures

Buna baxmayaraq avtomobillərin zibillə çalışması istiqamətində addımlar da atılıb.

İngiltərənin Bristol və Bas şəhərləri bu yaxınlarda ərzaq tullantıları və peyinlə çalışan avtobusların istifadəsinə başlayıb. Başqa yerlərdə də kənd təsərrüfatı tullantılarından enerji mənbəyi kimi istifadə olunması uğrunda işlər görülür.

Şəklin mənbəyi, Universal Pictures

Bundan başqa, Biff-in taksidə barmaqla ödəniş etməsi, bəzi taksi və digər nəqliyyat vasitələrində kartla ödənişə çox bənzəyir.

Şəklin mənbəyi, Universal Pictures

Hətta filmdəki uçan hoverbord da elə də qərib görünmür.

Lexus şirkəti avqust ayında özünün bu cür hoverbordunu nümayiş etdirib. Bu yaxınlarda isə Tony Hawk maqnit texnologiya ilə çalışan Hendo adlı bənzəri cihazı təqdim edib.

Şəklin mənbəyi, Universal Pictures

Barkod qeydiyyat nömrələri isə zarafat olaraq qalır.

Yaxşı görünür

Şəklin mənbəyi, Universal Pictures

Filmdə Marty-nin danışan gödəkcəsi son zamanların geynilə bilən texnologiya vasitələrinə bir işarədəir.

Bu günün geyimi yaş olduğumuz zaman bizi quruda bilməsə də, bəzi dəb mütəxəssisləri elektron parçaları sınaqdan keçirir.

Şəklin mənbəyi, Universal Pictures

Filmdəki elektron mesaj nümayiş etdirən polis papağı son Twitter geyiminə bənzəyir. Nike şirkəti isə filmdə görüntülənmiş özü bağlanan ketlərə bənzər ayaqqabının patentini alıb.

Şəklin mənbəyi, Universal Pictures

Lakin biz hələ də Doc tərzində üzümüzün dərisini çıxarmaqla cavanlaşa bilmirik.

Şəklin mənbəyi, Universal Pictures

Buna baxmayaraq ABŞ-da ötən il həyata keçirilmiş 6.7 milyon Botoks iynəsi və 1.2 milyon kimyəvi pilinq onu göstərir ki, bir çoxu ən azı buna cəhd edir.

Robotların yüksəlişi

Şəklin mənbəyi, Universal Pictures

Gələcəyə Qayıdış filmindəki dronlar çox qısaca nümayiş etdirilsə də, bu günlər ayaqlaşır.

BBC də daxil olmaqla, media şirkətləri kamera yerləşdirilmiş uçan qurğuların istifadəsinə başlayıb. Lakin onlardan hələ filmdə olduğu kimi izdihamlı yerlərdə istifadə olunmur.

Şəklin mənbəyi, Universal Pictures

Artıq it gəzdirən dronlar da mövcuddur.

Şəklin mənbəyi, Universal Pictures

Filmdə nümayiş etdirilən digər robot isə avtomobilləri yanacaqla təmin edir.

Niderland bir neçə il bundan əvvəl artıq belə bir cihazı sınaqdan keçirib və Tesla şirkəti özünün elektrik avtomobilləri üçün oxşar cihazın hazırlanması ilə məşğuldur.

Əyləncə

Şəklin mənbəyi, Universal Pictures

Film sənayesi 3D texnologiyasından istifadə edir, Gələcəyə Qayıdışda olduğu kimi. Son lazer proyeksiya sistemi isə “daha işıqlı və aydın” görüntüləri təqdim edəcəyini elan edib.

Şəklin mənbəyi, Universal Pictures

Ev əyləncə vasitələrinə gəldikdə isə, Gəlcəyə Qayıdış II hədəfə daha yaxındır.

McFly-ın evindəki yığılan televizor ekranı, LG-nin bu yaxınlarda təqdim etdiyi elastik ekranlara çox bənzəyir. Onun tezliklə satışa çıxarılacağı da bildirilir.

Şəklin mənbəyi, Universal Pictures

Smart TV-lər sayəsində isə, səslə idarə olunan televizorlar artıq reallıqdır.

Smartfonlar deyil, ağıllı eynəklər...

Şəklin mənbəyi, Universal Pictures

Biz balaca Marty-nin yüksək texnologiyalı eynək vasitəsi ilə nə gördüyünü dəqiq bilmirik, lakin bu gün bir sıra böyük şirkətlər bu cür ağıllı eynəklərin təqdimatı ilə məşğuldur.

Şəklin mənbəyi, Universal Pictures

Filmdəki ən böyük çatışmamazlıq isə, güman ki smartfonlardır.

Yalnız Marty bir məqamda telefonla ödəniş edir.

Skype-a bənzər əlaqə zamanı təkcə zəng edən şəxs deyil, həm də onun haqqında məlumatlar da ekrana gəlir. Lakin bu cür əlaqə sadəcə TV vasitəsilə həyata keçirilir, cib telefonları vasitəsilə deyil.

Şəklin mənbəyi, Universal Pictures

Filmdə Marty mümkün həbsi ilə bağlı qəzet vasitəsilə xəbərdar edilir, elektron tabletlər vasitəsilə deyil.

Şəklin mənbəyi, Universal Pictures

Hələ Stanly Kubrick-in 1968-ci ildə ekranlaşdırılmış “2001: Kosmik Odissey” filmində elektron tabletlər nümayiş olunur.

Şəklin mənbəyi, Universal Pictures

Filmdəki Hill Valley şəhərində saat qülləsinin təmiri üçün həyata keçirilən kampaniya zamanı da bu cür elektron tabletdən istifadə edilir.

Oflayn gələcək

Şəklin mənbəyi, Universal Pictures

İnternet məhz bu filmin ekranlara çıxdığı ildə ixtira olunmuşdur.

Yəqin buna görədir ki, CD-Romlar və Lazer Disklər zibil kimi qalanıb.

Şəklin mənbəyi, Universal Pictures

Eyni zamanda, email hələ ortaya çıxmadığı üçün filmdə piyada yolunda faks cihazını görmək mümkündür.

Şəklin mənbəyi, Universal Pictures

Lakin aydın deyil ki, McFly-ın evində niyə bu qədər faks maşını var.

Digər düzgün təxminlər

Şəklin mənbəyi, Universal Pictures

Kompüterlə idarə olunan sobalardan fərqli olaraq, robot aşpaz bu yaxınlarda San Fransiskoda nümayiş etdirilib.

Şəklin mənbəyi, Universal Pictures

Təəssüf ki, pizza hazırlayan cihaz hələ də xəyaldır. Bunun əvəzində isə ağıllı soyuducular ortalığa çıxır.

Şəklin mənbəyi, Universal Pictures

Bu ayın əvvəlində isə, filmdə olduğu kimi, kompüterlə idarə olunan qapı kilidlərinin təqdimatı olub.

Şəklin mənbəyi, Universal Pictures

Lakin George McFly-ı başıaşağı saxlayan cihaz hələ də qeyri ciddi görünür. Lakin sonra anlayırsan ki, bu üsuldan filmin ikinci hissəsində, birinci hissədə oynayan aktyordan fərqli aktyorun olduğunu gizlətmək üçün istifadə olunub.