“İslam Dövləti” Rusiyaya qarşı cihada çağırıb

Şəklin mənbəyi, Getty
İslam Dövləti (İD) qruplaşması tərafdarlarını Rusiya və ABŞ-a qarşı "müqəddəs müharibəyə" çağırıb.
İD təmsilçisi Məhəmməd Adnan internetdə yayımlanan 40 dəqiqəlik videoyazı vasitəsilə dünya müsəlmanlarını rus və amerikalılara qarşı cihada qoşulmağa çağırıb.
O, rus pravoslav kilsəsinin nümayəndəsindən də sitat gətirib. Rus pravoslav kilsəsinin keşişi Vsevolod Çaplin bildrmişdi ki, Rusiyanın Suriyadakı əməliyyatları “müqəddəs mübarizədir”.
Məhəmməd Adnanın sözləri, İD tərəfindən Rusiyaya yönəlmiş ilk hədədir.
Adnanın əsas hədəfi ABŞ olub və onun sözlərinə görə, bu ölkə Avstraliya, Türkiyə, Rusiya və İranın dəstəyini qazanmağa çalışır.
O əlavə edib ki, İD hər gün daha da gücləndikcə, amerikalılar özlərini gücsüz hiss edir.
Müraciətdə İD-nin lideri Əbu Bəkr Bağdadinin də yaralandığı son hava reydlərindən bəhs edilmir.
Müraciətin əsas hissəsi isə, Suriyada İD-nə qarşı müqavimət göstərən qruplaşmalara ünvanlanıb və onların mübarizəsi “boş iş” adlandırılıb.
O həmçinin “cihad torpağından” Avropadakı “dinsiz ölkələrə” getməyə çalışan miqrantlardan da söz açıb.




