Miqrant böhranı 5 ürəkaçan fotoda
Miqrantlar, qaçqınlar haqqında eşidəndə ilk olaraq ağlınızdan nə keçir?
Yəqin ki, gülümsəyən uşaqlar və ya sevinclə dolu anlar deyil. 1990-cı illərdə Qarabağdan məcburi köçkünlər, <link type="page"><caption> Türkiyə sahilində boğulmuş üç yaşlı Alan Kurdi</caption><url href="http://www.bbc.com/azeri/international/2015/09/150903_migrant_boy_photo" platform="highweb"/></link> və ya Beyrutdakı əlacsız atanın təcasümü daha tipikdir.
Amma son günlər ərzində böhranın o biri tərəfini göstərən fotolar da çox populyarlaşıb. Aşağıda, sosial şəbəkələrdə geniş yayılan bəzi fotolara nəzər salırıq.
Danimarkalı polis işçisi və gənc qız
!["Qaçqın fotolarının hamısı tragik deyil. Bu, rastlaşdığım ən sevinclə dolu [fotodur]" - politoloq Ian Bremmer bu fotonu öz səhifəsində paylaşıb](https://ichef.bbci.co.uk/ace/ws/640/amz/worldservice/live/assets/images/2015/09/16/150916112214__85553563_danishpolice.png.webp)
Şəklin mənbəyi, Other
Danimarka polisinin gənc qızla zarafat edib oynamasını göstərən fotolar Facebook, Twitter və Reddit şəbəkələrində minlərlə dəfə paylaşılıb.
Çoxlu müzakirələr də olub. Bir Facebook istifadəçisi yazıb: "Niyə dünya həmişə belə olmur axı. Bu anlar o qədər nadirdir ki, biz onları paylaşmalı oluruq".
Digərləri daha skeptik yanaşıb: "Məsələ ondadır ki, bu adamlara kömək etmək istəyirsinizsə", bir Reddit istifadəçisi yazıb, "daha məqsədəuyğun addım - onlara öz ölkələrindəki vəziyyəti yaxşılaşdırmaq üçün pul verməkdir".
Xoşbəxt cütlüklər

Şəklin mənbəyi, AP
Associated Press agentliyinin Yunanıstana yenicə çatmış bir cütlüyün öpüşünü göstərən fotosu həmçinin Facebook-da geniş yayılıb.
"Europe says OXI" ("Avropa YOX deyir") adlı qrup miqrantları dəstəkləyir və öz səhifəsində müxtəlif fotolar paylaşır. Onlardan birini 2 000-dən çox istifadəçi paylaşıb.

Şəklin mənbəyi, Other
Kişi və pişiyi

Şəklin mənbəyi, Other
İnsanlar arasında xoşbəxt anlardan başqa, bu foto silsiləsi də internet hitinə çevrilib: suriyalı kişinin pişiyi ilə oynaması xüsusilə Twitterdə geniş yayılıb.
Serbiya polisi və oğlan

BBC prodüseri Manveen Rana Serbiya-Makedoniya sərhədində bu fotonu çəkəndə, heç gözləmirdi ki, bu foto qədər məşhurlaşacaq - minlərlə adam onu paylaşıb və bəyənib.
Suriyalılar Serbiya polisi haqqında: "Bizimlə heyvan kimi davranmayan yeganə polislər".
#BBCtrending-in materialı əsasında hazırlanıb.




