Romada mafiya başçısının dəfn mərasimi qəzəb yaradıb

Şəklin mənbəyi, BBC World Service
Romada mafiya başçısı olduğu deyilən adamın dəfn mərasimi qəzəb yaradıb.
Onun tabutunu qara, cins atların karvanı müşayiət edib, helikopterdən gül ləçəkləri səpələnib və Xaç Atası filmindən musiqi ifa olunub.
İtaliyada siyasətçilər 65 yaşlı Vittorio Casamonica-nın dəbdəbə ilə yola salınmasını tənqid edib.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
San Giovanni Bosco kilsəsinin qarşısında asılmış plakatlarda onu "Roma kralı" kimi təqdim ediblər.
Keşiş deyir ki, kilsənin bayırında baş verənlərə nəzarət etmək səlahiyyəti yoxdur.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Bu, İtaliya paytaxtında mafiya istintaqının aparıldığı bir vaxtda baş verir. Polis şəhər rəsmilərinin ictimai müqavilələri kriminal liderlərə verən sövdələşmələrə dair iddiaları araşdırır.
Yüzlərlə gözüyaşlı insan xərçəngdən vəfat etdiyi deyilən Casamonica-nın dəfninə toplaşıb.
Rəsmilər deyir ki, ölən şəxs Casamonica klanının başçısı olub. Bu mafiya klanı reketçilikdə, narkotik qaçaqmalçılığında və talançılıqda ittiham olunur.




