Kubada 50 ildən sonra yenidən ABŞ bayrağı qaldırıldı

Şəklin mənbəyi, EPA
ABŞ Kubanın paytaxtı Havanada 54 ildən bəri fəaliyyət göstərməyən səfirliyini yenidən açıb. Hadisə iki ölkə arasında əlaqələrin yaxşılaşdırılmasının rəmzi addımı hesab edilir.
Kubaya 70 ildə səfər etmiş ilk ABŞ dövlət katibi olan John Kerry, Havanada keçirilmiş tədbirdə iştirak edib.
ABŞ bayrağını 1961-ci ildə aşağı salmış eyni ABŞ dənizçiləri də yenidən onu qaldırıblar.
Kuba keçən ay Vaşinqtonda səfirliyini açıb, lakin keçmiş Kuba lideri Fidel Kastro ticarət embarqosunu qaldırmadığı üçün ABŞ-ı tənqid edib.
Cümə axşamı dərc edilmiş açıq məktubunda cənab Kastro bildirib ki, ABŞ 53 illik embarqoya görə, Kubaya milyonlarla dollar borcludur.
Cənab Kerry cümə günü tədbirdə çıxışı zamanı bayrağın qaldırılmasını “tarixi an” adlandırıb.
Lakin o eyni zamanda bildirib ki, ABŞ Kubada siyasi dəyişiklər uğrunda işlərini davam etdirəcək.
“Kuba xalqı demokratik sistemdə, öz liderini seçmək şansı əldə etməklə daha yaxşı yaşaya bilər,” John Kerry səfirliyin ətrafında toplaşmış yüzlərlə insanın önündə bildirib.




