Həftənin şəkilləri: Britaniyada Qarabağ azarkeşləri

Azərbaycan çempionu Qarabağ çərşənbə günü ÇL təsnifat mərhələsində Şotlandiyanın Celtic klubuna 1-0 məğlub olub. Qarabağı dəstəkləmək üçün Glasgow şəhərinə xeyli azarkeş gəlib. Vüsal Həmzəyevin reportajı.

Matçı izləmək üçün Glasgow şəhərinə gəlmiş azarkeşlərin əksəriyyəti Britaniyada təhsil alan azərbaycanlı tələbələr olub.
Şəklin alt yazısı, Matçı izləmək üçün Glasgow şəhərinə gəlmiş azarkeşlərin əksəriyyəti Britaniyada təhsil alan azərbaycanlı tələbələr olub.
Azarkeşlər şəhərin mərkəzi meydanında toplaşaraq əllərində bayraqlarla stadiona gediblər.
Şəklin alt yazısı, Azarkeşlər şəhərin mərkəzi meydanında toplaşaraq əllərində bayraqlarla stadiona gediblər.
Bir sıra azarkeşlər oyundan öncə boya ilə üzlərinə və alınlarına Azərbaycan bayrağını çəkdiriblər.
Şəklin alt yazısı, Bir sıra azarkeşlər oyundan öncə boya ilə üzlərinə və alınlarına Azərbaycan bayrağını çəkdiriblər.
Azərbaycan bayrağı ilə rənglənmək istəyənlər növbə gözləyir.
Şəklin alt yazısı, Azərbaycan bayrağı ilə rənglənmək istəyənlər növbə gözləyir.
Daha sonra azarkeşlərə Qarabağ Futbol Klubunun bayraqları paylanıb.
Şəklin alt yazısı, Daha sonra azarkeşlərə Qarabağ Futbol Klubunun bayraqları paylanıb.
Bəziləri isə Qarabağ köynəyini geyinərək gəlib.
Şəklin alt yazısı, Bəziləri isə Qarabağ köynəyini geyinərək gəlib.
Qarabağ azarkeşlərini Celtic klubunun azarkeşləri belə qarşılayıb.
Şəklin alt yazısı, Qarabağ azarkeşlərini Celtic klubunun azarkeşləri belə qarşılayıb.
Oyundan öncə is "Celtic v Qarabağ" yazılmış şərflər, bayraqlar və döş nişanları satılırdı.
Şəklin alt yazısı, Oyundan öncə is "Celtic v Qarabağ" yazılmış şərflər, bayraqlar və döş nişanları satılırdı.
Qarabağı dəstəkləmək üçün Londondan gəlmiş bir qrup azərbaycanlı azarkeş.
Şəklin alt yazısı, Qarabağı dəstəkləmək üçün Londondan gəlmiş bir qrup azərbaycanlı azarkeş.
Bu cütlük isə kluba dəstək olmaq üçün Almaniyadan səfər edib.
Şəklin alt yazısı, Bu cütlük isə kluba dəstək olmaq üçün Almaniyadan səfər edib.
Oyundan sonra bir qrup azarkeş stadonun kənarında baş məçqçi Qurban Qurbanov və futbolçuları qarşılayaraq onları alqışlarla yola salıb.
Şəklin alt yazısı, Oyundan sonra bir qrup azarkeş stadonun kənarında baş məçqçi Qurban Qurbanov və futbolçuları qarşılayaraq onları alqışlarla yola salıb.
Qarabağın müdafiəçisi Bədavi Hüseynov azarkeşlərlə selfi çəkdirir.
Şəklin alt yazısı, Qarabağın müdafiəçisi Bədavi Hüseynov azarkeşlərlə selfi çəkdirir.