150 yaşlı tısbağa Kaliforniyada ölüm yuxusuna göndərilib

Yüz əlli il yaşı olan Qalapaqos tısbağasının həyatına Kaliforniyada zooparklardan birində son qoyulub.
O çox qoca idi və artıq bir müddətdir ki, özünün geriatrik tənəzzül dövrünü yaşayırdı.
Speed adı ilə tanınan tısbağanı zoopark işçiləri akupunktura və su terapiyası vasitəsilə artrit və başqa xəstəliklərdən müalicə ediblər.
Speed Kaliforniyaya 1933-cü ildə xüsusi proqram çərçivəsində gətirilib. Məqsəd Ekvador sahilləri yaxınlığında yerləşən Qalapaqosun Volkan Serro Azul adalarında yoxolma təhlükəsinə məruz qalmış canlı məxluqları qorumaq idi.
Bu zooparkda 13 Qalapaqos tısbağası qalmaqdadır. Hazırda başqa zooparklarda yerləşdirilmiş 90-dan çox bala tısbağa bu qrupdan əmələ gəlib. Speed onlardan çoxunun əcdadı sayılır.
