Tokionun gəzinti və meyvə-tərəvəz sevən tısbağası
Tokio deyəndə göz qabağına ilk növbədə küçə və ictimai nəqiyyatda sürətlə hərəkət edən insan kütləsi göz qarşısına gəlir.
Lakin Yaponiya paytaxtının bu sakininin tələsmə ilə arası yoxdur.
Bon Çan adlı nəhəng tısbağa hər gün heç yerə tələsmədən küçə gəzintisinə çıxmağı xoşlayır.
Tısbağanın sahibi Hisao Mitani deyir ki, Bon Çanın çox gösəl xasiyyəti var.
Hisao Mitaninin sözlərinə görə, tısbağanın sevimli məşğuliyyəti gəzinti zamanı kök, kələm, alma və digər meyvə-tərəvəzi ləzzətlə xırçıldayaraq yeməkdir.