Üsyançı qrup yarım milyon əhalini işıqsız qoyub

farc

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Hücumlar iqtidar və solçu qrup arasında davam edən sülh danışıqlarına baxmayaraq baş verib.

Kolumbiyanın solçu üsyançı qrupu FARK nümayəndələri 3 polis zabitini öldürüb və yarım milyonluq əhalinin yaşadığı Caquet bölgəsində elektrik enerjisini kəsib. Bu haqda hərbçilər məlumat verib.

Hücumlar iqtidar və solçu qrup arasında davam edən sülh danışıqlarına baxmayaraq baş verib.

Danışıqlar təqribən 50 il sürən və 220 min nəfərin ölümünə səbəb olan uzun münaqişəyə son qoymaq məqsədi daşıyır.

Prezident son hücumları irrasional adlandırıb.

Ötən ay FARK birtərəfli atəşkəs rejimini pozaraq 11 əsgəri öldürüb.

Prezident Juan Manuel Santos bu hala üsyançıların mövqelərini yenidən bombardmana başlanmasını əmr etməklə cavab verib.

Son vaxtlar FARK döyüşçüləri digər Kolumbiya infrastrukturları – yollar və neft kəmərlərini də nişan alıblar.