Filin selfie-si minlərlə "layk" qazanır

Şəklin mənbəyi, CATERS NEWS AGENCY
Tailandda bir fil Kanadalı turistin kamerasını xortumuna alaraq selfie şəkillərini çəkməyə başlayıb.
Beləliklə uzun xortum geniş formatlı kadr çəkmək vasitəsi kimi istifadə olun selfie çubuğunu əvəzləyib.
"Bəxtimdən kamera davamlı video rejiminə köklənmişdi və bütün əhvalat çəkildi", - Tailandın Koh Phangan adasında baş verən hadisə barədə danışan 22 yaşlı Christian Le Blanc bildirib.
Bir qədər çəkiliş apardıqdan sonra fil kameranı yerə salıb. Lakin aparat cəmi yarım metr az yüksəklikdən yerə düşdüyü üçün sınmayıb.
"İlahi bu mükəmməl bir selfie-ə bənzəyir", - şəkilləri görərkən deyən Le Blanc əlinə imkan düşən kimi onları internetə yükləyib.
İnstaqram və Facebook şəbəkəsində fil selfie-ləri minlərlə "layk" qazanıb.
