Tailand: fil avtomobilə hücum edir

Tailand paytaxtı Banqkok yaxınlığındakı Kxao Yay milli parkında vəhşi fil içində sərnişinlər olan avtomobilə hücum edib.

Heyvan maşının üstünə çıxaraq onu əzib. Bazar ertəsi ərazidə yerləşən mağaza və restorana daha bir fil hücumu qeydə alınıb.

Mütəxəssislər heyvanların aqressivliyini cütləşmə fəsliylə izah edirlər. İnsident vaxtı zərərçəkən olmayıb.

Video şərhsizdir.