İD Ramadi şəhərində mühüm inzibati binaları ələ keçirib

Şəklin mənbəyi, AP
İslam Dövləti (İD) qruplaşmasının döyüşçüləri İraqın qərbindəki Ramadi şəhərinin əsas inzibati binalarını ələ keçirib.
Ölkənin ən iri əyalətinin paytaxtındakı baş polis idarəsi və qubernator ofisində 50-dək mühafizəçinin girov alındığı bildirilir.
Bağdadın şimalından Suriya sərhədinə doğru uzanan strateji əjəmiyyətə malik Anbar əyaləti uğrunda döyüşlər aylardır ki, davam edirdi.
İraqın baş naziri aprel ayında sünnilərin əksəriyyət təşkil etdiyi bölgənin "azad ediləcəyini" bildirmişdi.
BBC müxbirinə əsasən hazırda Anbar əyalətinin yarısından çoxu və Ramadi şəhərinin əhəmiyyətli hissəsi İD nəzarətindədir.
Ötən ay cihadçıların hücumuna məruz qalan şəhəri yüzlərlə yerli sakin tərk edib.
