Britaniya seçkisində partiya liderləri səs veriblər

Şəklin mənbəyi,

Bu gün, mayın 7-də bütün Birləşmiş Krallıq boyunca keçirilən ümumi seçkilərdə milyonlarla insan səs verməyə başlayıb.

Ölkədəki 50 min seçki məntəqəsi səhər saat 7-də açılıb və səsvermə 22-dək davam edəcək.

Britaniya parlamentinə 650 millət vəkili seçilməlidir və 50 milyon insanın səsvermə hüququ var.

Ümumi seçkilərin əsnasında həmçinin İngiltərənin 279 inzibati-ərazi vahidində 9000 min bələdiyyə mandatı uğrunda yarış gedəcək.

Ölkənin bir sıra şəhərlərində həmçinin bələdiyyə rəisləri və ya merlər seçiləcək. Bedfordşirdə yerli bələdiyyə vergisinin artırılması məsələsi referenduma çıxarılır.

Liderlər səs verdilər

Baş nazir David Cameron və xanımı Samantha

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Baş nazir David Cameron və xanımı Samantha
Leyboristlərin lideri Ed Miliband və xanımı

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Leyboristlərin lideri Ed Miliband və xanımı
Liberal-demokratların lideri Nick Clegg və xanımı Miriam Gonzalez Durantez Şeffilddə səs veriblər

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Liberal-demokratların lideri Nick Clegg və xanımı Miriam Gonzalez Durantez Şeffilddə səs veriblər

UKİP lideri Nigel Farage, leyboristlərin rəhbəri Ed Miliband, yaşılların lideri Natalie Bennett, Şotlandiya Millətçi Partiyası – SNP-nin lideri Nicola Sturgeon və mühafizəkarların lideri David Cameron artıq səs veriblər.

Əslində poçtla səsvermə bundan əvvəl başlanıb.

2010-cu ilin seçkilərində bütün səslərin 15 faizi poçt vasitəsilə verilmişdi.

Bundan başqa ilk dəfə olaraq internet vasitəsilə səsverməyə imkan yaradılıb.

Kilsədə, barda, camaşırxanada...

Şəklin mənbəyi, PA

Seçki məntəqələrinin əksəriyyəti məktəblərdə, icma mərkəzlərində və kilsə zallarında yerləşir, lakin barlardan, camaşırxanalardan və hətta məktəb avtobuslarından da istifadə olunur.

İlkin nəticələr gecə yarısınadək elan ediləcək, lakin tam nəticə cümə günü bəlli olacaq.

Media seçkiləri çox geniş işıqlandırır. Təkcə BBC 220 dairədən reportajlar verəcək.