Salman Xana 5 il həbs cəzası

Salman Xanın həbsxanaya salınması bir neçə film layihəsi üçün problem yaradacaq.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Salman Xanın həbsxanaya salınması bir neçə film layihəsi üçün problem yaradacaq.

Hindistanda məhkəmə Bollivud aktyoru Salman Xanı 5 il müddətinə azadlıqdan məhrum edib.

O 2002-ci ildə Mumbay şəhərində bir evsizi maşınla vurub qaçmışdı.

Bu işlə əlaqədar ümumilikdə 5 nəfər axtarışda idi.

Aktyor deyib ki, hadisə zamanı sükan arxasında onun sürücüsü olub.

O, həmçinin sürücünün içkili olduğunu bildirib.

Hind filmlərində olduğu kimi

Məhkəmə sənədlərinə görə, Salman Xan 2002-ci ildə öz avtomobilini idarə edərkən maşını çörək köşklərindən birinə vurub.

Avtomobil çörək dükanının qarşısında gecələyən 5 evsizin üstündən keçib. Onlardan ikisi hadisə yerində ölüb, üç nəfər isə yaralanıb.

Şəklin mənbəyi, Agency

İndi Salman Xanın vəkilləri hökmdən apellyasiya verməyə hazırlaşırlar.

Müxbirlər bildirirlər ki, cinayətdə təqsirkar bilinməsi Xan üçün böyük zərbədir, lakin o, 10 il müddətinə azadlıqdan məhrum edilə bilərdi.

Salman Xan indiyədək Bollivudun 80 filmində çəkilmiş kino ulduzudur.

Bollivudun bir neçə aktyoru Salman Xana öz dəstək və rəğbətlərini bildirib.

Aktrisa Hema Malini deyib ki, onun üçün dua edəcək.

Xəbər verilir ki, Salman Xanın həbsxanaya salınması bir neçə böyük film layihəsini çətin vəziyyətdə qoyacaq.