Polis qadınlardan mesaj: "Telefonun bizdədir"

Şəklin mənbəyi, FACEBOOK
- Müəllif, Yusuf Özkan
- Vəzifə, Haaqa, Niderland - bbcturkce.com
Hollandiya paytaxtı Amsterdamda iki polis qadın küçədə tapdıqları mobil telefonun sahibi ilə əlaqə yaratmaq üçün elə həmin telefonun kamerası ilə çəkidikləri selfini "bizi tap" mesajı ilə telefon sahibinin Facebook ünvanına göndəriblər.
Amstrerdamın Mərkəzi Dəmir Yolu Vağzalının polis məntəqəsində çalışan qadınlar Facebook-a yazıblar: "Telefonunuzu stansiya yaxınlığındakı küçədə tapmışıq. Telefon stansiyadakı polis məntəqəsindədir. Əgər onu götürmək istəsəniz, bizə zəng vurun".
Qadın polislərin formada çəkdikləri selfi, telefonunu itirmiş şəxsin dostlarında böyük maraq oyadıb.
Qadınlardan yeni selfi istəyənlər də var, hətta şam yeməyinə dəvət edənlər də.
