Bozun 50 Çaları Britaniya məktəbinə qarışıqlıq salıb

Şəklin mənbəyi, NCOLA SCHOLES
Bozun 50 Çaları əsərinin personajlarından biri kimi geyinmiş məktəbli oğlan məktəbdə keçirilən Dünya Kitab Günü tədbirindən uzaqlaşdırılıb, anası deyir.
11 yaşlı Liam Scholes açıq-sacıq romanın personajlarından olan Christian Grey kimi, boz kostyum geyinərək və əlində məftil bağlar və göz maskası ilə İngiltərənin Mançester şəhərindəki Sale Liseyinə gedib .
Oğlanın anası, müəllimə olan Nicola Scholes bildirib ki, Böyük Mançester məktəbi onun oğlunu fotolardan çıxarıb.
Məktəb bildirib ki, oğlan “kostyumu dəyişdirildikdən” sonra geri qayıda bilib.
Məktəbin direktoru Lynn Nicholls deyib: “Bu qərar şagirdlərin davranışı, rifahı və mühafizəsi baxımından məktəbin yüksək standartlarınından xəbər verir.
“Bizim dünya kitab günlərinin məqsədi oxumağa həvəsləndirmək və onu bayram etməkdir və biz şagirdlərimiz üçün möhtəşəm bir günün belə bir hadisəyə görə korlanmasına təəssüflənirik”.
Xanım Scholes bildirib ki, onun fikrincə oğlunun kostyumu digərlərinin geyindiyi bəzi kostyumlardan daha münasibdir.
O deyib ki, “müəllimin qatil kimi geyinməsi” və “uşaqların digərlərini qətlə yetirən şəxs kimi geyinmələri” və “silahlarla [oyuncaq] tədbirə gəlmələri münasib” sayılıb.
“Liam-a məsləhət görülüb ki, James Bond kimi geyinsin... lakin [o] insanları qətlə yetirən bir obrazdır,” xanım Scholes deyib.
“Mən şəxsən qatilə görə daha şox narahat oluram”.
Xanım Scholes BBC Radio 5 efirində bildirib ki, onun oğlunun bütün sinif yoldaşları bunu gülməli hesab edib, lakin məktəbin heç bir yumor hissi yoxdur.
“Məsələ həddən artıq şişirdilib. Bu, gülüş və qeyri ciddi məqsəd daşıyıb”.
O bildirib ki, səkkiz yaşlı oğluna belə kostyum geyinməyə icazə verməzdi, çünki o hələ də ibtidai sinifdə oxuyur.
Lakin bütün orta məktəb şagirdləri “seksdən danışır” və Liam-ın məktəbli dostları onun hansı personaj kimi geyinməsindən xəbərdardılar.
“Keçən ay ərzində televizorda ancaq [Bozun 50 Çaları] nümayiş etdirilib”.
Bozun 50 Çaları trilogiyası müəllif EL James tərəfindən “təhrikedici roman” kimi səciyyələndirilib.
Keçən ay Britaniyada nümayiş etdirilməyə başlamış film versiyası “seks və çılpaq səhnələrdən” ibarətdir və Britaniya Film Təsnifatı Kollegiyası tərəfindən 18 sertifikatı alıb.
Filmdə Christian Grey rolunu Jamie Dornan və onun sevgilisi Anastasia Steele rolunu isə Dakota Johnson oynayıb.

Şəklin mənbəyi, Reproducao






