Anna Duritskaya Kiyevə qayıdıb

anna_duritskaya

Şəklin mənbəyi, AP

Boris Nemtsovun Böyük Moskvaretski körpüsündə qətlinin əsas şahidi olmuş ukraynalı fotomodel Anna Duritskaya Rusiyanı tərk edərək Kiyevə qayıda bilib.

Xanım İstintaq Komitəsi əməkdaşlarının ona evə qayıtmağa icazə verməməsindən şikayətlənirmiş.

Üç gün ərzində gənc ukraynalı Rusiya müstəntiqlərin suallarına cavab verməli olub.

Müxalifətçi, Rusiyanın keçmiş baş nazir müavini Boris Nemtsov şənbə gününə keçən gecə kürəyinə vurulmuş beş güllə atəşi ilə öldürülüb.

Siyasətçi çərşənbə axşamı dəfn olunacaq.