"Ana, mən gey oldum"

Şəklin mənbəyi, AH QIANG
Çin Yeni İlində bir nəfərin valideynlərinə gey olduğunu bildirdiyi video Çində necə hitə çevrildiʔ
Yeni İl milyonlarla çinli ailənin bir yerə yığışaraq yemək yediyi, əyləndiyi və fişəng atdığı bayramdır. Bir çox çinli oğul və qızlar üçünsə Yeni İl həmçinin, onların nə vaxt ailə həyatı quracağı ilə bağlı valideynlərin sual yağışına tab gətirməsi deməkdir.
Bu yaz festivalı çinli ailələr Evə Qayıdış adlı filmin sayəsində homoseksuallığı da müzakirə edə bilərlər. Filmdə Fang Chao adlı oğlan Yeni İldə evə qayıdaraq ailəsinə gey olduğunu bildirir.

Şəklin mənbəyi, BBC World Service
BBC Trending radiosu aşkar edib ki, film Çinin ən böyük sosial media platforması sayılan QQ-da 100 milyon dəfədən çox izlənilib.
Filmdə Fang-in valideynləri kişilərə maraq göstərdiyini bildirdikdən sonra iki il müddətinə ondan imtina edirlər.
Sonda isə oğlu gey olan anaların məsləhət və mesajlar verdiyi real kliplər var: "Öz həyat hekayənizi valideynlərinizlə bölüşün - onlar sizi dinləmək istəyir," və "Evliliklə bağlı sosial məhdudiyyətlərin və ənənələrin övladlarınızın evə qayıtması üçün əngəl olmasına imkan verməyin".
Çində homoseksuallığa münasibət müxtəlifdir və bu, videoya olan şərhlərdə də özünü göstərir.
Bəziləri böyük dəstək göztərdiyi halda, digərləri bunu etmir. "Bəziləri deyir ki, gey və lezbiyanlar normaldır. Sizin oğlunuz və qızınız belə olsaydı nə fikirləşərdiz" şərhlərin birində deyilir.
"Onlar qadınlarla ünsiyyət qurmaqdan çəkinirlərmiʔ Onlar qardaşlıq münasibətilə sevgini ayıra bilirlərmiʔ" digər şərhdə deyilir.

Şəklin mənbəyi, BBC World Service
Videonu hazırlayanlardan biri PFLAG adlı qeyri kommersiya təşkilatının Guangzhou filialına rəhbərlik edən Ah Qiang-dır.
ABŞ-da başlayan bu videoda cinsi orientasiyası, cinsi kimliyi və cinsi ifadəsindən asılı olmayaraq hər kəsin cəmiyyətdə qəbul olunması üçün təşviqat aparılır.
Ah Qiang BBC Trending-ə öz hekayəsini danışıb. "Anam 2006-cı ildə vəfat edib və ona bu barədə demək imkanım olmayıb. Bu məni çox kədərləndirir," Qiang deyir.
İki il sonra o qərara gəlib ki, gey olduğunu atasına və analığına bildirsin. Qiang onları dəvət edərək niyə qız dostunun olmadığını və Yeni İldə evə niyə gəlmədiyini izah edib. "Sonda dedim ki, mənə sualınız varmıʔ Atam bir sual verdi: Qocalanda sənə kim baxacaqʔ"
"Bildirdim ki, dostlarım olacaq və qoca yaşlarım üçün pul yığıram".

Şəklin mənbəyi, BBC World Service
Çinin internet senzura ilə bağlı siyasətinə baxmayaraq, Ah Qiang deyir ki, sosial media Çindəki insanlara homoseksuallıqla bağlı mövzuları müzakirə etmək imkanı yaradıb.
Ah Qiang BBC Trending-ə bildirib ki, hazırda videonun yerləşdirildiyi Çinin sosial media saytı olan QQ, əvvəlcə videonun gey-pərəst mesaj verdiyini bildirərək onu saytın ön səhifəsnə qoymaqdan imtina edib.
Bir neçə gün sonra isə video çox populyarlıq qazandığı üçün saytın ön səhifəsinə yerləşdirilib.


