Məhkəmə Srebrenitsada qırğın işi üzrə hökmü qüvvədə saxlayıb

1995-ci ildə Srebrenitsa şəhərində təxminən 8,000 bosniyalı kişi və oğlan qətlə yetirilib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 1995-ci ildə Srebrenitsa şəhərində təxminən 8,000 bosniyalı kişi və oğlan qətlə yetirilib.

BMT-nin hərbi tribunalı Srebrenitsa qırğını ilə bağlı məhkum edilmiş 5 nəfərin işi üzrə appelyasiya iddiasını rədd edib.

1995-ci ildə cəmi 3 gün ərzində Srebrenitsa şəhərində təxminən 8000 bosniyalı kişi və oğlan qətlə yetirilib. Hadisə Holokostdan bəri Avropada baş verən ən dəhşətli vəhşilik sayılır.

5 nəfər soyqırım ittihamı da daxil olmaqla 2010-cu ildə onlara qarşı çıxarılan hökmlərə etiraz edirlər. Onlar 1995-ci ildə Bosniya Serb Ordusunda yüksək rütbəli vəzifə sahibi olublar.

5 nəfərdən ikisi soyqırım ittihamı ilə bağlı müqəssir elan olunub. Hazırda məhkəmə həmin verdiktləri qüvvədə qoyub.

Vujadin Popovic və Ljubisa Beara etnik mənsubiyyət zəminində insan qruplarını hədəfləyib məhv etməyə görə ömürlük həbs cəzasına məhkum olunublar.

Müttəhimlərdən bəziləri bilavasitə Bosniya serblərinin sabiq komandiri Ratko Mladicin tabeçiliyində olublar. Onun soyqırım ittihamı ilə Haaqa tribunalında prosesi davam edir.

Sabiq Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Balkanlarda hərbi cinayətlərin araşdırılması üçün təsis edilib.