İraq və İslam Dövləti: Anbar vilayətində kütləvi məzarlar aşkar olunub

İraq xəritəsi

İraqda aşkar olunan kütləvi məzarlarda çoxlu sayda Sünni müsəlmanın cəsədi tapılıb. Görünür ki, onlar "İslam Dövləti" (İD) döyüşçüləri tərəfindən öldürülüb.

Anbar vilayətində tapılan məzarlarda 80-220 arasında cəsəd ola bilər, məlumatlarda deyilir.

Ölənlərin çoxu Al Bu Nimr tayfasına aiddir. Bu tayfa İD-ə qarşı döyüşlərdə İraq hökumətinə birləşib. İraq hökumətinin əksəriyyəti şiələrdən ibarətdir.

Eyni zamanda İD-nin iyunda tutduğu Mosul həbsxanasındakı 600 məhbusu öldürdüyü güman edilir.

Məhbuslar dərənin qırağında diz çökməyə məcbur ediləndən sonra güllələnib, Human Rights Watch insan haqları təşkilatı deyib.

ABŞ Müdafiə Katibi Chuck Hagel deyib ki, Sünni tayfa üzvlərinin İslam Dövləti döyüşçüləri tərəfindən öldürülməsi münaqişədə "üzləşdiyimiz amansız reallığı" əks etdirir.

İD döyüşçüləri İraqda və Suriya idarə etdikləri ərazilərdə yüzlərlə adamı öldürüblər.