Əfqanıstanda tiryək məhsulu rekord vurur

Şəklin mənbəyi, Getty
Vaşinqtonun narkobiznes əleyhinə mübarizəsinə baxmayaraq ABŞ Dövlət departamenti 2013-cü ildə Əfqanıstanda tiryək məhsulunun rekord həddə çatdığını bildirib.
Məlumatda qeyd edildiyi kimi son 13 il ərzində Əfqanıstanda xaşxaş istehsalını azaltmaq məqsədilə görülən tədbirlərə ABŞ 7,6 mlrd dollar xərcləyib.
Bu vəsaitin narkobizneslə mübarizə tədbirlərinə xərclənməsilə yanaşı eləcə də əfqan kəndlilərinə onları xaşxaş əvəzinə digər məhsul becərməyə həvəsləndirmək məqsədilə yönəldildiyi qeyd olunub.
Lakin bu səylərə baxmayaraq 2013-cü ildə Əfqanıstanda tiryək məqsədli xaşxaş əkininin sahəsi 209 min hektara çatıb.
BMT təxminlərinə görə bu məhsulun dəyəri 3 mlrd dollara bərabərdir, bu isə 2012-ci il məhsulu göstəricisindən 50% çoxdur.

Şəklin mənbəyi, BBC World Service
Ekspertlər xaşxaş əkini sahələrinin genişlənməsinin səbəbini Əfqanıstanda dərin quyular qazıntısı texnologiyasının yayılması ilə izah edirlər.
Son 10 il ərzində həmin quyulardan əldə edilən yeraltı su ehtiyyatı sayəsində Əfqanıstanda 200 hektar səhra sahəsi əkin üçün yararlı torpağa çevrilmişdi.
Bu torpağın böyük bir hissəsi xaşxaş əkini üçün istifadə edilir.
Təxminlərə görə, dünyada istehsal olunan tiryəkin 80-% Əfqanıstanın payına düşür.

Şəklin mənbəyi, Getty




