İslam Dövləti böhranı: İraq-Suriya sərhədində ağır döyüşlər gedir

Şəklin mənbəyi, Reuters
İraq və Suriya sərhədindəki mühüm keçidin hər iki tərəfində döyüşlərin baş verməsi barədə məlumatlar yayılıb. Burada kürd qüvvələri İslam Dövləti (İD) qruplaşmasının döyüşçülərinə qarşı vuruşmaqdadır.
Məlumata görə, İraq kürdlərinin əsgərləri Rabia şəhərini geri alıb, amma xəsarət alanlar çoxdur.
Eyni zamanda İD döyüşçüləri Suriya kürdlərinin əsgərlərini sərhədin o biri tərəfindən qovmağa çalışırlar.
Bu arada ABŞ-ın başçılıq etdiyi koalisiya həm Suriuyadakı, həm də İraqdakı İD hədəflərinə havadan hücum etməyə davam edir.
