Roma papası: artıq “üçüncü dünya müharibəsi” gedir

140913144525_pope2_624x351_reuters

Şəklin mənbəyi, Reuters

Roma papası Francis bəşəriyyəti, “cinayətlər, qətliam və dağıntılardan ibarət, tədrici” kimi səciyyələndirdiyi, onun təbirincə, baş almış “üçüncü dünya müharibəsi” qarçısında süstlükdən azad olmağa çağırıb.

İtaliyadakə hərbi məzarlıqda Birinci Dünya müharibəsinin başlanmasına həsr olunmuş mərasimdə çıxış edən Roma papası indiki “müharibə”nin irrasional, olduğunu deyib. Onun səbəbləri arasında isə tamahkarlıq, dözülməzlik, silah satmaq meyli və hakimiyyətə yiyələnmək arzusunu adlandırıb.

“Müharibə ağılsızlıqdır”, - papa Francis Mussolininin hakimiyyəti zamanı ucaldılan Birinci Dünya müharibəsi qurbanları monumentinin önündə bəyan edib.

Sloveniya sərhədi yaxınlığında Redipuglia qəbiristanlığında Birinci Dünya müharibəsində həlak olmuş 100 min italyan əsgərlərinin cənazəsi basdırılıb.

Roma papasını dinləmək üçün minlərlə insan, o cümlədən, müxtəlif müharibə veteranları gəlib.

Babasının şəxsi işi

Ukrayna və Yaxın Şərq münaqişələri fonunda Roma papası tez-tez sülh çağırışları ilə çıxış edir.

pope

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, İtaliya Müdafiə Nazirliyinin nümayəndəsi papa Francis-ə onun babasının şəxsi işini verib.

BBC müxbiri David Willey bildirir ki, Roma papası üçün Birinci Dünya müharibəsinə həsr olunmuş mərasimdə iştirak etmək həmçinin dərin şəxsi məna daşıyır.

Papanın babası Giovanni Carlo Bergoglio İtalia ordusunun tərkibində döyüşüb və 1917-1918-ci illərdə Avstriya-Macarıstan qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.

Müharibədən sonra Giovanni Carlo Bergoglio Argentinaya mühacirət edib.