İraq: ABŞ aviasiyası islamçıları havadan bombalayıb

Şəklin mənbəyi, AFP
ABŞ hərbi aviasiyası İraqın şimalında cihadçıların mövgelərini havadan bombalayıb.
ABŞ hərbiyyəsi əməliyyatın yerli əhalini müdafiə etmək məqsədilə keçirdiyini qeyd edib.
Məlumata əsasən, əməliyyatda qırıcı təyyarələr və məsafədən idarə olunan uçuş apparatları iştirak edib.
Pentaqon bildirib ki, hava zərbələri nəticəsində "İslam Dövləti" (İD) yaraqlılarına məxsus hərbi texnika məhv edilib.
Məlumatlara görə həmin hərbi texnika vasitəsilə İD yaraqlıları dağlıq əraziyə sığınmış iraq yezidi kürdləri atəşə tutulurmuş.
İlkin məlumatlara əsasən, Sinjar şəhəri yaxınlığında dağlıq ərazidə İD qüvvələrindən qaçan 50-150 min arası qaçqın gizlənir, daha 20 min qaçqın isə İraqdan Suriyaya keçib.
İraqda İD qüvvələrinin ABŞ hərbi aviasiyası tərəfindən bombalanmasına dair qərar ötən cümə axşamı prezident Obama tərəfindən qəbul edilib.
