Əfqanıstan: ABŞ generalını əfqan əsgəri güllələyib

harold_greene

Şəklin mənbəyi, epa

Şəklin alt yazısı, ABŞ general-mayoru Harold Green əfqan əsgəri tərəfindən güllələnib.

ABŞ hərbiyyəsi əfqan əsgəri tərəfindən güllələnmiş amerikalı general-mayoru "əsil qəhraman" adlandırıb.

General-mayor Harold Greene Vyetnam müharibəsi dövründən ABŞ xaricində öldürülən ən yüksək rütbəli amerikalı hərbiçidir.

General Britaniyanın Əfqanıstanda təsis etdiyi hərbi təlim bazasına baş çəkərkən yerli əsgərlərdən biri tərəfindən güllələnib.

Əfqan prezidenti Həmid Karzay qətl hadisəsini pisləyərək "qorxaqcasına həyata keçirilmiş hücum" adlandırıb.

Rəsmilər atəş açmış əfqan əsgərinin atışma zamanı güllələndiyini bildirib.

Hadisə nəticəsində azı 15 hərbi qulluqcu yaralanıb. Yaralananlar arasında iki Britaniya, bir neçə ABŞ, Almaniya və Əfqanıstan hərbiçiləri var.