Hindistanda onlarla insanın uçqun altında qaldığı bildirilir

Şəklin mənbəyi, noncredit
Rəsmi mənbələrin verdiyi məlumata görə, qərbi Hindistanda baş vermiş uçqun nəticəsində ən azı 40 ev və 150-yə yaxın insan torpaq altında qalıb.
Hazırda xilasedicilər hadisənin baş verdiyi Maharashtra ştatının Pune qəsəbəsində yerləşən Ambegaon kəndində yollanıblar.
Rəsmilər xəbər verir ki, sakinlər artıq sağ qalanları aşkar etmək üçün dağıntıları təmizləməyə başlayıb.
Bildirilir ki, uçquna səbəb leysan yağışlar olub.
