ABŞ Dövlət Katibi John Kerry Hindistana gedir

Şəklin mənbəyi, AFP
ABŞ Dövlət Katibi John Kerry yeni seçilmiş baş nazir Narendra Modinin altında Hindistanla əlaqələri möhkəmləndirmək məqsədilə Delhiyə səyahətə başlayır.
Cənab Kerry səfərdən öncə bildirib ki, Hindistan və ABŞ iqtisadiyyat və strateji məsələlərdə müxtəlif sahələr üzrə əməkdaşlıq edə bilər.
Son aylarda Hindistan və ABŞ arasında gərginlik yaşanırdı.
Dövlət Katibinin bu səfəri Nyu-Yorkda hindistanlı diplomatın saxlanılması və həbsindən sonra baş verir.
Nyu-York konsulluğundan çalışan Devyani Khobragade dekabr ayında viza dələduzluğunda ittiham edilib və o, ABŞ-ı tərk edib.
