Hindistanda deputat zorakı çıxışına görə üzr istəyir

Hindistanda müxalifət işçilərini öldürməkdə hədələyən deputat üzr istəyərək bildirib ki, dedikləri "ədalətin tam pozulması" olub.
Trinamool Congress partiyasından deputat Tapas Pal əlavə edib ki, dediklərinə görə "üzr təklifi yoxdur".
Cənab Pal partiya dəstəkçiləri ilə danışarkən rəqib Kommunist partiyasının ünvanına mübahisələrə səbəb olacaq sözlər söyləyib.
Digər müxalifət partiyaları və Qadınlar üçün Milli Komitə də onun sözlərini pisləyib.
Cənab Pal təhdidləri bir neçə həftə öncə dilə gətirsə də, onun nitqini əhatə edən video görüntü bazar ertəsi Bengali xəbər agentliklərində yayımlanıb.
Videoda cənab Pal deyir: "Burada Kommunist partiyasından kimsə var, dinləsin. Əgər siz Trinamool Congress işçiləri və ailələrindən kimisə toxunsanız buna görə cavab verəcəksiniz".
Cənab Palın bəyanatı Hindistanda geniş əks-səda doğurub. Lakin qərbi Bengal ştatının idarəsində olan partiyası bu barədə heç bir şərh verməyib.
"Seçki kampaniyasının qızğın vaxtında qorxu yaradacaq bəzi sözlər demişəm. Onlara görə üzr istəyirəm", 55 yaşlı Pal deyib.
"Üzr üçün nə edəcəyimi bilmirəm. Bu, ədalətin tam pozulması və çox duyğusuzdur. Bu, baş verməməli idi və sizi əmin edirəm ki, bu baş verməyəcək".
Bundan əvvəl deputat zorakı sözlər söylədiyini inkar edib, lakin yayılan video vəziyyəti dəyişdirib.
Buarada isə yayılan digər video görüntülərdə cənab Palın aydın şəkildə dəstəkçilərinə "ölüm hökmünü bərpa edəcəyi" dediyi eşidilir.
"Mən onları (kriminalları).. hamının gözü qarşısında güllələyəcəm".
Kommunist partyası parlament spikerindən mükafat qazanmış Benqal əsilli deputat və 2 çağırış deputat kimi fəaliyyət göstərən Palı kənarlaşdırmağı istəyib.




