İŞİD-dən qaçan fərari qəddar cihadçı qrup daxilində sürən həyat tərzindən danışır

İSİS

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, İŞİD-in sünni üsyançıları Iraq and Syriyanın şimal-qərbində geniç əraziləri tutublar.
    • Müəllif, Paul Wood
    • Vəzifə, BBC Panorama

Yaxın Şərqdə “İslam xilafəti” və ya “İslam dövləti” yaratdığını elan etmiş İŞİD-dən qaçan fərari BBC-nin Panorama proqramına amansız cihadçı qrup daxilində hökm sürən həyat təzindən danışıb.

İŞİD-i tərk etmək asan iş deyil. Biz bu addımı ata bilmiş adamla danışmışıq – o, hərəkətinin mümkün nəticəsindən qorxu hissi keçirirdi.

“İŞİD-in qəddarlığı hamını dəhşətə gətirir”, o, deyir. “Mənim ailəm, qohumlarım. Yaxınlarım hələ oradadır. Mənə əlləri çatmasa, ailəmə əl uzadacaqlar".

O, cihadçıların taktikasını qısaca belə təsvir etdi: “Bizə qarşısansa – ölümə məkumsan. Bizimləsənsə, onda bütün məsələlərdə bizə tabe olmalısan, bizim dediklərimizi etməlisən”.

'Qəlbləri qazanmaq'

Fərariilə görüşmək üçün biz Türkiyənin Suriya ilə sərhədinə yollandıq.

Türkiyə artıq İŞİD-i qəbul etmədiyini bəyan edib, bu səbəbdən sərhədyanı ərazidə İslam Dövlətindən qaçanlara rast gəlmək mümkündür.

Adı açıqlanmayacağı şərtilə danışan fərari əvvəlcə Əsəd rejiminə qarşı döyüşmək üçün Azad Suriya Ordusunun İslamçı briqadasına qoşulubmuş.

İŞİD sıralarına isə tayfası bu dəstəyə sadiq olacağına and içəndən sonra və İslam dövləti ideyasını dəstəklədiyinə görə daxil olub.

İŞİD döyüşçüsü qismində ilk olaraq ona Şəriət qanunlarından bəhs edən kursları dinləmək tapşırılıb.

Pnorama

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Paul Wood-un İŞİD barədə proqramı: "İraqda terror"

Fərarinin sözlərinə görə, həmin kurslarda İslam dövləti qaydalarından bəhs olunub.

“Bucür təsirin hədəfi ağıl, zəka yox – ürəkdir, məqsəd - qəlbləri qazanmaqdır. Bu ilk mərələdir. İkinci mərhələ isə hərbi təlim və məşqdir.”

Onun sözlərinə görə, İŞİD İraqda anti-Amerika üsyanı təcrübəsindən özünə dərs götürüb. O zaman üsyançılar qısa bir zaman kəsiyində sünni əhalidən üz çevirdi.

Suriyada isə, fərarinin qeyd etdiyi kimi, İŞİD fərqli tərzdə hərəkət etməyə çalışır.

“Hər yeni şəhərə daxil olanda İŞİD camaatla xoş davranaraq öz tərəfinə çəkməyə çalşır, səylərini ilk növbədə əhalinin ehtiyacını ödəməyə yönəldir”, o, deyir.

“Əhalinin rəğbətini qazanandan sonra isə vəziyyət dramatik dərəcədə dəyişir, mülayimlik qəddarlıqla əvəzlənir. Ya bizimləsən, ya bizə qarşısan - orta vəziyyət yoxdur”.

Şəriət qanunu

Nəzarət etdiyi bütün şəhər və kəndlərdə İŞİD Şəriətin ən sərt qaydalarını tətbiq edir.

Kişilər saqqal saxlamalıdır, qadınlar başdan ayağa carşaba bürünməlidir.

"Onların baxışlarını qəbul etməyənlər kafir elan olunur və ölümə məhkumdur”, fərari deyir.

İSİS

Şəklin mənbəyi, BBC World Service

Fərarinin sözlərinə görə, İŞİD məqsədli şəkildə tutduğu ərazilərdə keşik çəkməyi fərqli ölkələrdən gəlmiş və beyinləri İŞİD ideologiyası ilə yuyulmuş gənc döyüşçülərə tapşırır.

İslam Dövlətinin lideri Əbu Bəkr əl-Bağdadi özünü indi “Xəlifə”, peyğəmbər və onun tayfasının davamçısı elan edib.

O, bütün müsəlmanlardan sadiqlik andı tələb edir, regionun dini xadimləri isə bu tələbi pisləyiblər.

Lakin əl-Bağdadinin eyni zamanda hiyləgərliyi barədə də söz-söhbətlər dolaşır.

Misal üçün, Mosuldan gələn bəzi xəbərlərə görə, İŞİD-in yerli əhalinin etimadını qazanmağa göstərdiyi cəhdlər qeyd olunur.

Xəbərlərə əsasən, şəhərdə avtomobil yollarından təhlükəsizlik kordonları yığışdırlıb, elektrik xətlərinin işi bərpa olunub, maaşlar verilməsinə başlanılıb…Bu səylər nəticə verməsə, İŞİD vərdiş etdiyi qamçı və qılınca əl ata bilər.

Panoramanın "İşid: İraqda terror" reportajı BBC One telekanalı ilə, Britaniya vaxtı ilə 14 iyul, bazar ertəsi saat 20.30-da yayımlanacaq.