Şəkillərdə: Futbol dünya birinciliyinin azarkeşləri

Braziliyada iyunun 12-dən davam edən futbol üzrə Dünya birincliyi bütün əksər ölkələrdə futbol azarkeşləri tərəfindsən maraqla izlənilir.

Əlcazair azarkeşləri. Getty İmages
Şəklin alt yazısı, Əlcazairdə yerli azarkeşlər milli komandalarının Cənubi Koreya komandası ilə görüşünü izləməyə toplaşıblar.
Getty İmages
Şəklin alt yazısı, Şənbə günü Əlcazair komandası H qrupunda 4-2 hesabı ilə qələbə qazanıb. Bu qələbə Əlcəzairdə yerli azarkeşlərin sevincinə səbəb olub.
Cənubi Koreya Əlcəzairə uduzub.
Şəklin alt yazısı, Cənubi Koreyada isə həmin matçın nəticəsi yerli azarkeşləri məyus edib. Cənubi Koreya azarkeşləri komandalarının Əlcəzairə uduzduğunu şahidi olublar.
Fildişi azarkeşləri Qana millisinin oyununa baxırlar. Getty Images
Şəklin alt yazısı, Fildişi Sahili azarkeşləri qonşu ölkə olan Qananın Almaniya ilə görüşdə 2-2 heç-heçə hesabına necə nail olmasını maraqla izləyirlər.
Almaniyanın Hamburq şəhəri. Getty Images
Şəklin alt yazısı, Almaniyanın Hamburq şəhərində azarkeş kütləsi futbol matçına baxdığı zaman qanalı azarkeş komandasına dəstəyini nümayiş etdirir.
Moqadişi şəhərində azarkeşlər çempionatın açılış matçına baxır. Getty images
Şəklin alt yazısı, Somali paytaxtı Moqadişu. Azarkeşlər Dünya birinciliyinin iyunun 12-də keçirilmiş Braziliya - Xorvatiya açılış matçına baxırlar.
Yeni Zelandiyada, Auckland şəhərində İran azarkeşləri
Şəklin alt yazısı, Yeni Zelandiyada, Auckland şəhərində İran azarkeşləri milli komandalarının Nigeriya millisilə görüşünə baxmağa toplaşıb. Oyun 0-0 hesabı ilə heç-heçə başa çatıb. ( Foto: BBC Persian istifadəçisi Bahareh)
İran azarkeşləri
Şəklin alt yazısı, 1-0 hesabı ilə Argentina komandasına uduzmasına baxmayaraq İranda yerli azarkeşlər İran millisinin oyununu qeyd edirlər. (Foto: BBC Persian istifadəçisi Hossein).
İndoneziya
Şəklin alt yazısı, İndoneziyada yerli azarkeşlər İngiltərə yığmasına azarkeşlik edirlər.
Hollandiya azarkeşləri İndoneziyada
Şəklin alt yazısı, İndoneziayada Hollandiya azarkeşləri milli komandalarının qələbəsini bayram edirlər.
Kişilər üçün çayxana, Ranqun, Birma.
Şəklin alt yazısı, Birmada, Ranqun şəhərində kişilər üçün çayxanın müştəriləri Dünya birinciliyinin matçlarını bu məqsəd üçün quraşdırılmış televizya ekranlarından izləyirlər. Azarkeşlər B qrupunda İspaniyanın 3-0 hesabı ilə Avstraliya yığması üzərinə qələbə çalmasına baxırlar.