İsrail: yoxa çıxmış yeniyetmələrlə bağlı 150 fələstinli həbs olunub

Şəklin mənbəyi, BBC World Service
İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verib, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var.
Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib.
Həbs olunanlar arasında Həmas təşkilatı üzvləri də var.
Fələstin həkimlərinin sözlərinə görə, Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub.

Şəklin mənbəyi, AFP
Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatıl bu ittihamlatrı rədd edir.

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, AFP
