Misir: toqquşmalarda 34 nəfər həlak olub

Qahirə
Şəklin alt yazısı, Müsəlman Qardaşlığı təşkilatının 200-dən çox üzvü həbs edilib.

Misirdə polislə devrilmiş islamçı prezident Məhəmməd Mursi tərəfdarları arasında baş vermiş toqquşmalarda azı 34 nəfər həlak olub, onlarla adam yaralanıb.

26 ölüm hadisəsi qeydıə alınmış Qahirədə Müsəlman Qardaşlığı təşkilatının 200-dən çox üzvü həbs edilib.

Bugün Hərbiyyənin dəstəklədiyi hökümət bugün Misirdə 1973-cü il Ərəb-İsrail müharibəsinin 40-cı ildönümünü təntənəli şəkildə bayram səviyyəsində qeyd edir.

Bayram tədbirləri keçirildiyi zaman Mursi tərəfdarları Misirin bir sıra şəhərlərində yürüş keçiriblər.

Müsəlman Qardaşlığı prezident Mursinin iyul ayında hərbi çevriliş nəticəsində devrildiyini bildirirlər.