Şəkillərdə: Seneqalın qadın güləşçiləri

Seneqalın Casamance bölgəsində keçirilmiş qadın güləşi festivalından fotoreportaj.

Soldan sağa, Aissatou Diba, 20, Sirefina Diediou, 19 və Aminata Diatta, 16, məşq edirlər. Diembering, Casamance.
Şəklin alt yazısı, Seneqalda milli güləş futboldan da populyar bir idman növüdür. Güləş çempionları ömürlük özlərini təmin etmiş olurlar və ölkənin ən məşhur adamlarına çevrilirlər. Ölkənin əksər hissəsində idmanla əsasən kişilər məşqul olsalar da, ucqar cənub Casamance bölgəsində, qadın güləşçinin uzun tarixi var və milli komandanın hamısı Casamance bölgəsindəndir. Fotolar və mətn BBC müxbiri Laeila Adjovi.
iki qadın məşq edir.
Şəklin alt yazısı, Bu qadınlar həftədə bir neçə dəfə yerli çimərlikdə məşq edirlər. Milli güləş Olimpiya növü olan güləşdən fərqlənir. Seneqalın ən məşhur qadın güləşçisi Isabelle Sambou, Casamance bölgəsindəndir. London Olimpiadasında o, 5-ci yer tuta bilib.
Sirefina Diediou on a beach
Şəklin alt yazısı, Sirefina Diediou milli komandaya ötən il dəvət olunub. Onun təbirincə, o bir qayda olaraq, məktəbdə oğlanlarla güləşib. Sirefina-ya rəfiqələri deyirlər ki, çətin ki, o ərə gedə bilsin, lakin bu qızın vecinə deyil. “Mən qüləşi sevirəm, mənim məqsədim - böyük atlet olmaqdır", o, deyir.
Milli paltar geymiş kişilər rəqs etmək üçün düzülüblər.
Şəklin alt yazısı, Güləş yarışları milli rəqslərlə müşaiyət edilir. Diembering qəsəbəsində, kişi qüləşçilər milli geyimlərdə güləş turniri açılışında rəqs etməyə hazır vəziyyətə düzülüblər.
güləşə bilməyən kişilər qadın paltarı geyib kütləni əyləndirirlər.A man who cannot wrestle dresses up as woman to entertain the crowd
Şəklin alt yazısı, Güləşməyi bacarmayan gənc kişilər qız paltarı geyərək kütləni əyləndirirlər. Şəkildə soldan birinci Edouard mühasib işləyir. O güləşə bilmir, çünki ayağını zədələyib. Lakin şənlikdə iştirak etməmək üçün bu ciddi səbəb sayılmır.
Tədbirdəki rəqqaslar.
Şəklin alt yazısı, İfa edilən rəqs sankı güləşçilərin gücünü nümayiş etdirir. Bu rəqsdə qadınlar iştirak etməsə də, şənliklərin digər tədbirlərinə qadınlar da qatılır.
Kiçi güləşçilərin geyimlərinin fraqmenti.
Şəklin alt yazısı, Güləşçilərin geyimlərinin bir sıra hissələri, parçası və rəngi belə, müəyyən məna kəsb edir. Seneqalın digər bölgələrində olduğu kimi, Casamance bölgəsində də ruh və bütlərə inananların sayı az deyil. Kişilər geyimlərindəki müxtəlif elementlərin hansı məna daşıması məsələsinə qadınlardan daha çox fikir verirlər.
Gənc qız güləşçilər.
Şəklin alt yazısı, Güləş festivalında iştirak edən bu gənc qızlar həyatlarında ilk dəfədir ki güləşirlər. Turnir iştirakçıları üçün müxtəlif mükafatlar nəzərdə tutulub - oyuncaqlardan tutmuş velosiped və kompüterlərə qədər.
Qız güləşçi rəqibinin saçından dartır.
Şəklin alt yazısı, Güləş zamanı qızlar bir-birini saçlarından dartmamalıdırlar, lakin hakim, deyəsən, bu məqama bu dəfə diggət vermir.
Qız güləşçilərin əynində bər-bəzək var.
Şəklin alt yazısı, Güləşə başlamazdan əvvəl qızlar bər-bəzəklərini çıxarmalıdırlar. Lakin qızların heç də hamısı bu tələbə əməl etmir.
Güləşçilər.
Şəklin alt yazısı, Güləş festivalının təşkilatçısı Karafa Diatta deyir ki, hazırda güləşlə məşğul olan qızların sayı azalmaqdadır, çünki qızlar məktəbə və universitetə gedirlər. Erkən hamiləlik halları da qız güləşçilərinin sayının azalmasına təsir edir.
Güləşçilər və tamaşaçıalr
Şəklin alt yazısı, Keçmiş zamanlarda güləş döyüşlərinin hakimi olmazdı - qalibi tamaşaçılar müəyyən edirdi. Seneqal ümid edir ki, güləş milli ənənəsi qadın güləşi idman növündə ölkəyə uğur qazanmağa imkan verəcək.