New York metrosunda köpəkbalığı tapılıb

New York şəhəri nəqliyyat idarəsi rəsmilərinin təsdiqlədikləri məlumata əsasən, təxminən 1.2 m uzunluğunda olan "nadir sərnişin" metro qatarının oturacaqları altında aşkar edilib.
Tapıntı aşkar olunandan sonra qatarın maşinisti sərnişinlərdən vaqonu tərk etmələrini xahiş edib və qatarı son dayanacağa sürərək orada köpəkbalığının cəsədini vaqondan çıxarıb.
Nəqliyyat rəsmilərinə görə, əvvəllər New York metrosunda göyərçin və hətta opossumun daşındığına rast gəlinsə də, metro qatarında köpəkbalığının daşınması ilk dəfədir ki qeydə alınır.
Köpəkbalığının metro qatarında necə peyda olması isə hələ də sual olaraq qalmaqdadır.
Köpəkbalığının fotosunu çəkmiş Nyu York sakini Isvett Verde artıq qatara minəndə onu "bərk balıq iyi" vurduğunu xatırlayır.
O BBC-ə bildirib ki, New Yorkda qeyri-adi hadisələrin baş verməsinə o bir növ alışsa da, köpəkbalığının metro qatarında səyahət etməsini heç cür təssəvvürünə belə gətirə bilməzdi.
