Rusiya müsəlmanları Ramazan bayramını qeyd edir

Rusiya
Şəklin alt yazısı, Rusiya: Müsəlmanlar Ramazanı qeyd edirlər

Bütün dünyada olduğu kimi Rusiyada da müsəlmanlar Ramazan bayramını qeyd edirlər.

Bu bayram müqəddəs Ramazan bayramının və orucun sona yetməsilə üst-üstə düşür.

Müsəlman təqviminə əsasən hilal gecəsinin səhəri günü qeyd edildiyi üçün bayram müəyyən bir tarixə bağlanmır.

Ramazan bayramı ənənəsinə uyğun olaraq müsəlmanlar səhər məscidə gedib bayram namazı qılırlar.

Moskva polisinin məlumatına əsasən, Rusiya paytaxtında Ramazan bayramının qeyd edilməsində 170 min adam iştirak edib.

Moskvada müsəlman mərasimlərinin keçirilməsi üçün cəmi 5 meydança, o cümlədən “Prospekt Mira” rayonunda yerləşən məscid mövcuddur.

DİN məlumatına əsasən Sankt Peterburq şəhərində bayram mərasimində 100 minədək adam iştirak edib.

Moskva məscidi ərazisində yerləşən namaz zalında bura gələnlənlərin hamsı üçün yer çatışmadığından, əksəriyyət məscid önündə açıq səma altında namaz qılıb.

Bayram moizəsi və duasını Rusiyanın müftilər şurasının sədri Ravil Haynuddin oxuyub.

O dindarlara xatırladıb kı, müqəddəs Ramazan ayı dövründə müsəlmanlar İslamın əsl mənasını təşkil edən və həqiqi cihad anlamına gələn mənəvi təkamülə can atmalıdırlar.

Qurban bayramı ilə yanaşı Ramazan bayramı müsəlman təqviminin əsas bayramlarından biridir.

Ramazan bayramı 3 gün ərzində qeyd olunur.