Tanınmış britaniyalı aparıcı və aktyor Soçi Olimpiadasının boykotuna çağırıb

Stephen Fry
Şəklin alt yazısı, Stephen Fry Soçi Olimpiadasının boykotuna çağırıb

Stephen Fry Rusiyada homoseksuallar əleyinə qanun qəbul edildiyinə görə 2014-cü il Soçi Olimpiadasını boykot etməyə çağırıb.

Britaniyanın tanınmış aktyoru, televiziya aparıcısı və yazarı Stephen Fry Baş nazir David Cameron-a açıq məktubla müraciət edərək Soçidə 2014-cü il Olimpiya oyunlarının boykot edilmıəsinə çağırıb.

Baş nazir David Cameron, Beynəlxalq Olimpiya Komitəsi və "London 2012" təşkilat komitəsinin rəhbəri Lord Coe-ə ünvanlanmış açıq məktubda Stephen Fry vurğulayıb kı, Rusiyada "seksual azlıqların nümaqyəndələrinə qapazaltında olanlara kimi münasibət göstərilir".

Aktyor yazıb kı, 2014 il Qış Olimpiya oyunları boykot olunmalıdır.

Bloqunda dərc etdiyi açıq məktubunda, Stephen Fry, seksual azlıqların haqlarının bugünkü Rusiyada vəziyyətini 1936 il Olimpiadası dövründə faşist Almaniyasında yəhudilərin təqibi ilə müqayisə edir və təkid edir ki, "Putin Rusiyasında oyunların keçirilməsi Olimpiya hərəkatını əbədi ləkləyə bilər".

Stephen Fry hesab edir ki, Beynəlxalq Olimpiya Komitəsi təkcə Olimpiya düşərgəsində olimpiyaçı geylərin hüquqlarının toxunulmazlığının təmin edilməsilə kifayətlənməməlidir.

"Olimpiya hərəkarı tərəfindən bəyan edilən humanizm və insanlıq prinsipləri naminə, Beynəlxalq Olimpiya Komitəsi Putinin təşəbbüsü ilə Rusiya Duması tərəfindən qəbul olunmuş faşist qanuna "yox" deməyə borcludur".

Açıq şəkildə özünün gey olduğunu bəyan edən Stephen Fry bu ilin mart ayında Rusiyanın St Peterburq şəhər deputatı, homoseksuallıq əleyhdarı kimi ad çıxarmış Vitali Milonovdan müsahibə götürmək üçün St Peterburq şəhərinə gəlmişdir.

ABŞ və Britaniyada gey icmaları Rusiyada gey və lesbiyanların hüquqlarının pozulmasına etiraz əlaməti olaraqa rus arağnın satışını boykot etmək çağırışları ilə çıxış edirlər.