Əl-Qaidə dünyaya necə yayıldı?

Bir müddət Üsamə bin Ladenin başçılıq etdiyi islamçı şəbəkə onlarla ölkədə məxfi bölmələrinə malik ola bilər. Aşağıdakı xəritə təşkilatın əsas müttəfiqləri və fəaliyyət çoğrafiyasını əks etdirir.
Əfqanıstan və Pakistan
Əl-Qaidə 1988-ci ildə Əfqanıstanla həmsərhəd Peşavar şəhərində təsis olunub və hazırda sərhəddəki tayfa bölgələri islamçı silahlılara qarşı müharibədə ön cəbhə hesab olunur.
Əl-Qaidə ilə Taliban əməkdaşlığı nəticəsində Washington və Nyu Yorka 11 sentyabr həmlələrindən əvvəl Üsamə bin Ladenə Əfqanıstanda sığınmaq imkanı verildi.
2001-ci ildəki ABŞ hücumlarından sonra Əfqanıstanı tərk edən Üsamə bin Laden 2011-ci ildə Pakistanın Abbotabad şəhərində tapılıb qətlə yetirilmişdi.
Bin Ladendən sonra Əl-Qaidənin yeni lideri elan edilən Ayman əl-Zəvahirini sonuncu dəfə 2001-ci ildə Əfqanıstanda görüblər.
Prezident Barak Obama administrasiyası Pakistanla Əfqanıstan sərhədində pilotsuz təyyarələrdən raket həmlələrini nəzərdə tutan xüsusi proqramı genişləndirib. Bu strategiya tərəfdarları əmindirlər ki, hava zərbələri silahlıların aradan götürülməsində effektiv vasitədir.
Pakistandakı əl-Qaidə müttəfiqləri arasında Lashkar-e-Jhangvi və Lashkar-e-Taiba qruplarının adları çəkilir.
Lashkar-e-Taibanın banisi Hafiz Məhəmməd Said əl-Qaidənin yaradılmasında iştirak edib. Qrup 174 adamın ölümünə bais olmuş 2008-ci ildəki Mumbay hücumuna görə məsuliyyət daşıyır.
Haqqani şəbəkəsi və pakistandakı digər Taliban qrupları əl-Qaidə müttəfiqləri sayılır. Əl-Qaidənin daha bir müttəfiqi Özbəkistanın İslam Hərəkatıdır ki, ABŞ müdaxiləsindən sonra Pakistanın həmsərhəd bölgəsində sığınacaq tapıb.
Ərəbistan yarımadası
Ərəbistan Yarımadasındakı əl-Qaidə 2009-cu ildə Yəmən və Səudiyyədəki islamçı şəbəkələrin birləşməsi nəticəsində yaranıb.
Neft infrastrukturu, əcnəbilər və təhlükəsizlik rəsmilərini hədəfləyən qrup Yəmən və Səudiyyə Ərəbistanı ərazisində vahid İslam dövlətinin yaradılmasını qarşısına məqsəd qoyub.
Qrupun adı 2009 və 2010-cu illərdə Amerikaya yollanan sərnişin təyyarələrinə hücum cəhdi, habelə 2012-ci ildə yük təyyarəsində bombanın aşkar olunması ilə bağlı hallandırılır.
Ərəbistan Yarımadasındakı əl-Qaidənın aparıcı şəxsi amerikalı radikal müsəlman Ənvər əl-Əvlaki 2011-ci ildə ABŞ raket hücumunda öldürülüb.
Iraq
2013-cu ildə ABŞ hərbi müdaxiləsindən sonra yaradılmış İraqdakı əl-Qaidə qrupu Üsamə bin Ladenə müttəfiq olduğunu elan edib.
Son 10 il ərzində iki İki Çay Diyarında (Mesopotamiya) əl-Qaidə Cihad Təşkilatı tərəfindən həyata keçirilən basqınlarda minlərlə adam öldürülüb və xəsarət alıb.
Zorakılıq dalğası öz zirvəsinə 2006-2007-ci illərdə əl-Qaidə ilə yanaşı digər sünni qrupların “İraq İslam Dövləti” çətir təşkilatı ətrafında birləşməsindən sonra çatıb.
Şiələr basqınlara ölümcül qisas hücumları ilə cavab veriblər.
Əl-Qaidənin hücum qabiliyyəti sünni qrupların müqavimətindən sonra azalsa da, təşkilat 2013-cu ilədək aktiv qalaraq bir sıra basqınlar təşkil edib.
Əl-Qaidə ötən ay minlərlə məhbusun qaçmasına səbəb olan türməyə qoşa hücum üçün məsuliyyəti öz üzərinə götürüb.
Syria
Suriya vətəndaş müharibəsinin xaosu münaqişəyə cihadçı qüvvələri cəlb edib.
Prezident Bəşər Əsədə qarşı silahlı üsyan hərəkatı daxilində əl-Qaidə ilə bağlı radikal islamçılarla mötədil qüvvələr arasında mübarizə gedir.
Ayman əl-Zəvahiri əl-Qaidə döyüşçülərini Suriyada İslam dövlətinin qurulmasına səsləyib.
“İraq İslam Dövləti” təşkilatı 2013-cü ilin aprel ayında vahid “İraq və Levant İslam Dövləti ” yaratmaq məqsədilə Suriyadakı cihadçı əl-Nüsrə Cəbhəsilə birləşəcəyini elan edib.
Əl-Nüsrə təşkilatı birləşmək təklifini rədd etsə də, əl-Qaidəyə sadiq qaldığını bəyan edib.
Şərqi Afrika
Əl-Qaidə uzun illər ərzində Nayrobi ilə Dar-es-Salamdakı ABŞ səfirliklərinin basqına məruz qaldığı Şimali Afrika bölgəsində fəal olub.
1998-ci ildəki hücumlarda iştirak edən Səudiyyə Ərəbistanı, Misir, Sudan , Keniya və Tanzaniya mənşəli döyüşçülərdən bəzilərinin Somalidə təlim keçdiyi deyilir.
Somalinin cənub və mərkəz hissələrinə nəzarət edən əl-Şəbab qrupu 2012-ci ildə özünün Əl-Qaidəyə müttəfiq olduğunu bildirib.
Qrup 2010-cu ildə 76 insanın ölümü ilə nəticələnən Uqanda paytaxtı Kampaladakı qoşa partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
2011-ci ildə mərkəzi şəhərlərdən çıxarılmış əl-Şəbab ucqar bölgələrdəki qəsəbələrə nəzarət edir.
Şimali Afrika
İslam Məğribindəki əl-Qaidə Əlcəzair, Mali və Nigerdə fəaldır.
1990-cu illərdəki vətəndaş müharibəsi vaxtı yaradılmış təşkilat 2007-ci ilədək Vaiz və Döyüş naminə Sələfi qrupu adını daşıyıb. Təşkilatın lideri Abu Mossab Abdulavaduddur.
Muxtar Belmuxtar rəhbərliyilə təşkilatdan ayrılmış qrup 2013-cü ildə Əlcəzairdəki qaz emalı zavodunda işçiləri girov götürüb. Hücumda 69 adam həyatını itirib.
2013-cü ilin may ayında fransızlar tərəfindən idarə olunan Niger mədəninə intiharçı basqın həyata keçirilib. Cavab addımı olaraq Fransa Timbuktu, Kidal və Gao şəhərlərindəki islamçıları çıxarmaq üçün Maliyə ordu yeridib.
Nigeriyadakı Boko Haram qrupu beynəlxalq miqyaslı cihadçı təşkilata çevrilmək üzrədir.
Avropa
Avropadakı əl-Qaidə başqa yerlərdəki kimi nizamlı struktura malik deyil.
Terror əleyhinə rəsmilərə əsasən, Avropadakı silahlılar əl-Qaidə tərəfindən ilhamlandırılsa da, heç də həmişə əl-Qaidə tərəfindən idarə olunmur.
2005-ci ildə 52 adamın ölümünə bais olmuş London hücumlarını həyata keçirənlərin Əl-Qaidə ilə əlaqədə olduğu güman edilir.
2006-cı ildə gübrə istifadasilə təyyarə partlayışı hazırlamaqda günahkar tanınan 5 nəfərdən ibarət qrup bir il keçmiş məhkum olunub.
Son aylarda Britaniyada doğulmuş şəxslər zorakılıq aktları hazırlamaq ittihamı ilə həbs ediliblər.
2011-ci ildə Almaniya polisi qaçılmaz təhlükə təşkil etdiyinə görə əl-Qaidə ilə əlaqədə şübhəli bilinən 3 nəfəri həbs edib.
2004-cü ilin mart ayında Madriddə qatar partlayışı 200 adamın ölümülə nəticələndi. Hücuma görə məsuliyyəti öz üzərinə əl-Qaidə ilə bağlı qrup götürdü.
Asiya Sakit Okean regionu
Əl-Qaidə ilə əlaqəli iki qrupun Filippinlə İndoneziyada mənzilləndiyi güman edilir.
Belə düşünülür ki, İndoneziyadakı Jemaah İslamiah qrupu, Balidəki gecə klubuna həmləyə görə məsuliyyət daşıyır. 2002-ci ildə baş vermiş basqında 200 adam həyatını itirib.
1980-ci illərdə qrup həmçinin turizm sənayesi və ölkənin şərqindəki xristian icmasının üzvlərini hədəfləyib.
ABŞ Filippinin cənubundakı Abu Sayyaf qrupunun əl-Qaidə ilə əlaqəli olduğu qənaətindədir.
Çox sayda girov götürən qrupun əsas məqsədi Mindanao bölgəsilə Sulu adalarında müstəqil İslam dövlətinin qurulmasıdır.




