Suriya İsraili hərbi tədqiqat mərkəzinə raket zərbəsi endirməkdə ittiham edib

Suriya İsraili hərbi tədqiqat mərkəzinə raket zərbəsi endirib.

Rəsmi Dəməşq hesab edir ki, İsrailin Suriyada hərbi hədəflərə zərbələr endirməsi bu ölkənin terrorçularla əlaqəli olmasını sübut etdirir.

Suriya höküməti hakimiyyətə qarşı hərbi əməliyyatlar aparan üsyançıları "terrorçu" adlandırır.

Suriya televisziyası hücumla əlaqədar Suriya hökümətinin növbədən kənar iclas keçirdiyini bildirib.

Suriya rəsmiləri İsraili “terrorçu qruplara” hərbi yardım göstərməkdə ittiham ediblər.

Mətbuat konfransında danışan Suriyanın İnformasiya naziri Omran əz-Zoabi İsrail zərbələrinin "hər şeyin baş verə biləcəyi" vəziyyətinin yaranması üçün qap açmışolduğunu deyib.

Suriya dövlət mediyası Dəməşq yaxınlığında yerləşən tədqiqat mərkəzinin ötən gecə vurulduğunu bildirib.

İsrail mənbələri Suriyada vurulan hədəflərin Livanda Hizbulla üçün nəzərdə tutulan silahların hədəf olduğunu bildirib.

Dəməşq ətrafında yerləşən tədqiqat mərkəzinə İsrailin endirdiyi zərbə insan itkiləri və böyük dağıntılarla nəticələnib.

Son 2 gün ərzində İsrail 2 dəfə Suriyadakı hədəflərə zərbə endirib.

Misir və Ərəb Ligası İsrailin hərəkətlərini pisləyib.

Ötən gün İsrail hərbi təyyarəsi Suyiyanın Livanla həmsərhəd zonasında ABŞ və İsrail anonim rəsmilərinin iddiasına uyğun raketlərdən ibarət yükə zərbə endirmişdir.

BBC müxbirinin sözlərinə görə bu hadisələr İsrailin getdikcə Suriya münaqişəsinə daha çox dərəcədə qatıldığını sübut edir.