Winston Churchill-in yazdığı şer hərraca çıxarılıb

Britaniyanın keçmiş Baş naziri Winston Churchill-in yetkinlik çağında yazdığı şer Londonda hərraca çıxarılıb.
Mütəxəssislərin qənaətinə görə, əlyazma azı 15 min funta (təxminən 20 min dollar) satıla bilər.
“Bizim çağdaş şüarlarımız” adlı şer 1899 və 1900-cü illərə aiddir və Winston Churchill tərəfindən orduda xidmət etdiyi dövrdə yazılıb.
Uşaqlıq illərində Churchill şerlər yazmış və hətta məktəbli şairlərin yarışında mükafata da layiq görülmüşdü.
Lakin yetkin yaşlarında onun yalnız nəzm janrında yazıları olub.
Winston Churchill 1953-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdü.
