Şimali Koreya rəhbərinin yanında qadının görünməsi Cənubda sensasiyaya çevrilib

Şimali Koreya rəhbərinin yanında gənc qadının görünməsi Cənubda sensasiyaya çevrilib

Şimali Koreya lideri Kim Çen Un'un naməlum qadınla görünməsi Cənubi Koreyada bir nömrəli xəbərə çevrilib.

Naməlum qarasaçlı gənc qadının rəsmi tədbirlərdə Şimali Koreyanın gənc lideri Kim Çen Un ilə yanaşı görünməsi qonşu Cənubi Koreya mediasında sensasiya kimi qəbul edilib.

Kim Çen Un'un cavan, qısa saç düzümlü, qarasaçlı qadınla foto-görüntüləri həmin qadının onun kimliyi barədə Cənubi Koreya qəzetlərində spekulyasiyaların yaranmasına səbəb olub.

Bazar günü Şimali Koreya Dövlət TV-da babası Kim Çen İrə həsr olunmuş rəsmi tədbirdə yeni liderlə yanaşı cavan qadın göstərilmişdi.

Şənbə günü eyni qadın Kim Çen Un'un yanında oturan vəziyyətdə göstərilmişdi.

Bu görüntülər və buna dair xəbərlər Cənubi Koreya mətbuatında bir nömrəli mövzuya çevrilib.

Kim Çen Un'un Şimali Koreyada hakimiyyətə atasının Kim Çen İr vəfat edəndən sonra keçən ilin sonunda gəlib.

Şimali Koreya cəmiyəti o dərəcədə xarici aləm üçün bağlı bir ölkədir ki, heç kim ölkə rəhbərinin evli olub-olmadığını, onun dəqiq yaşını bilmir, deyir BBC Asiya təhlilçisi Viv Marsh.

Kim Çen Un'un yanında zövqlü, qara paltarlı qısa saç düzümlü, ehtimal kı 20 yaşlarında olan qadının olması, bir çox Şimali və Cənubi Koreyalıları müxtəlif fikir və mülahizələr irəli sürməyə sövq edib.

Bəzi Cənubi Koreya xəbər agentlikləri güman edir ki, həmin qadın, ölkə rəhbərinin Kim Yo Çen adlı kiçik bacısı, yaxudda hətta onun həyat yoldaşı ola bilər.