Misir: islamçı ilə Mübarək rejiminin nümayəndəsi arasında seçim

Şəklin mənbəyi, Reuters
Prezident seçkilərinin ikinci dövrəsində seçki məntəqələrinə baş çəkən misirlilər Müsəlman Qardaşlığının namizədi Məhəmməd Mursi və Mübarək hökumətində baş nazir olmuş Əhməd Şəfiq arasında seçim etməli olacaqlar.
Prezident Husni Mübarəkin devrilməsindən bu yana Misiri idarə edən Silahlı Qüvvələrin Ali Şurası iyulun 1-dən hakimiyyətin mülki hökumətə ötürülücəyini vəd edib.
Səsvermə iki gün ərzində davam edəcək.
Məyusluq
Seçkilər cəmiyyətdə inqilab nəticələrilə bağlı məyusluq və qütbləşməni dərinləşdirib.
Ötən həftə ərzində keçən nümayişlər vaxtı etirazçılar Mübarək rejiminin nümayəndəsinin qələbəsi təqdirində seçkilərin nəticələrinin tanınmamasına çağırıblar.
Əvvəlki hökumətlə islamçıların əleyhinə olanlar seçimsiz qaldığını deyirlər.
İyunun 14-də Misirin Ali Məhkəməsi islamçıların qələbə çaldığı parlament seçkilərinin nəticələrini etibarsız tanıyaraq ali qanunverici orqanın buraxılması barədə qərar qəbul edib.




