Anders Behring Breivik: "Mənim yerimdə hər kəs bunu edərdi"

Şəklin mənbəyi, Reuters
Breivik bunu məhkəməyə deyib.
Osloda prokurorlar Anders Behring Breiviki sorğu suala tutublar.
Onun ünsiyyət yaratdığı millətçilər barədə daha ətraflı məlumat öyrənmək məqsədilə.
Prokurorlar Avropada sağçı millətçi şəbəkəsinin Breivikin dediyi qədər geniş olmadığını sübut etdirməyə çalışırlar.
77 nəfəri ötən il qətlə yetirmiş Breivik məhkəmədə prokurordan ona istehsa ilə yanaşmamağı məsləhət görüb.
"Mən edəni istənilən adam edə bilərdi", Breivik məhkəməyə bildirirb.
Hakim ona suallara cavab verməmək hüququnun olduğunu bildirib, lakin eyni zamanda xəbərdarlıq da edib ki, susmaq onun əleyhinə işləyə bilər.
Məhkəmə onun psxiki cəhətdən sağlam olub olmadığını müəyyən etməyə çalışır.
Breivik deyib ki, səlibçilik ideyaları əsasında yaradılmış "Knights Templar" ("Solomon Məbədi Cəngavərləri") adlı ifrat sağçı qrupun üzvü ilə Londonda görüşübmüş. Həmin səlibçinin adı "Şirürəjkli Richard" (Richard the Lionheart) olub.
O deyib ki, həmin təşkilatın təlim məşqlərində bir neçə yüz şəxs iştirak edib.
Breivik deyib ki, "Knights Templar" adi təşkilat deyil - bu qurum müstəqil özəklərdən ibarətdir, və bu səbəbdən onun rəhbəri yoxdur.
Prokurorun sorğu-sualları şəbəkənin həqiqətəndə mövcud olmadığına dair olub, o, Breivikdən yaraqlı millətçilər haqqında daha çox məlumat almağa çalışıb.
Məhkəmə bücür insanlarala əlaqədə olduğuna inanmaq istəmir, və Breivik bir mənalı şəkildə müdafiə olunmaqddaır.

Şəklin mənbəyi, Reuters
Suallarınıın çoxunu Breivik cavabsız qoyub.
Onun məhkəmədə sorğu-sual edilməsi həftənin sonuna qədər çəkəcək.
Ötən gün məhkəmədə Breivik, "imkanı olsaydı törətdiyi əməlləri təzədən təkrar edərdi" fikrini söyləyərək və hakimlərdən özünə bəraət istəmişdi.
Eyni zamanda Breivik Osama Bin Laden və Əl-Qaidəyə səcdə etdiyini bildirib.
BBC müxbirinin sözlərinə görə, Breivik özünü qəhraman səlibçi sayır.
Breyvik ruhi cəhətdən sağlam bilinsə o, Norvecdə maksimal cəza sayılan 21 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Lakin məhbus cəmiyyət üçün təhlükə kəsb edəndə, hətta maksimal cəza belə uzadıla bilər.
Breivik ruhi cəhətdən xəstə sayılacağı halda isə, müalicə olunmaq üçün ruhi xəstələr üçün tibbi müəssisəyə yerləşdiriləcək.




