Kişilərdə keçəlləşməyə cavabdeh protein müəyyən edilib

ABŞ Pensilvaniya Universitetinin bir qrup alimi kişilərdə saçtökülmə və keçəlləşmənin səbəbinin müəyyən edilməsində ciddi nailiyyət əldə olunub.
Universitet laboratoriyalarında aparılmış tədqiqat nəticəsində saçtökülmənin qarşısını almaq və hətta saçların bərpa edilməsi yolları araşdırılıb.
Keçəlləşməyə məruz qalan kişilər və laboratoriya siçanları üzərində aparılmış tədqiqatlar nəticəsində ABŞ alimləri saçtökülməyə səbəb olan proteini aşkar ediblıər.
Bu proteinin təsirinin qarşısını almaq üçün müvafiq dərmanlar artıq hazırlanmaqdadır, "Science Translational Medicine" elmi jurnalı yazır.
Elmi araşdırmanın nəticələri keçəlliyi müalicə edən kremin yaradılmasına gətirə bilər.
Kişilərin əksəriyyəti orta yaşlarında keçəlləşməyə başlayırlar, və 70 yaşına kimi kişilərin 80%-də nəzərəçarpan dərəcədə kəçəllik müşahidə olunur.
Kişilərdə saçtökülmə mexanizmində kişilərə məxsus testosteron hormonu və genetik faktorlar həlledici rol oynayır.
Həmin amillərin təsiri yaşa dolduqca kişilərdə saç follikulların zəifləməsinə səbəb olur - nəticədə saç o dərəcədə nazilir və kiçilir ki görünməz olur, nəticədə də keçəllik əmələ gəlir.
Keçəlləşmə prosesini geri döndərmək mümkündürmü?
Hazırda Pensilvaniya Universitetinin tədqiqatçıları kişilərin keçəlləşməsində işə düşən genləri təhlil etməkdədirlər.
Alimlər aşkar ediblər ki, "prostaglandin D synthase" adlı protein baş dərisinin keçəlləşən sahələrinə aid zonalarda saç follikullarının hüceyrələrində toplaşır, lakin tüklü sahələrdə toplaşmır.
Həmin proteinin səviyyəsi yüksək olan laborator siçanların tamamilə keçəl olub, saç transpantasiyası əməliyyatından keçmiş kişilərdə isə saç böyüməsi dayanıb.
Tədqiqatlara rəhbərlik edən Pensilvaniya Universitetinin dermatologiya fakultəsindən professor George Cotsarelis, deyir ki, prostaglandin proteinin saçın tökülməsinə səsbəb olduğu faktı sübut edilib.
Növbəti addım isə bu proteinə təsir edən maddəldəri aşkar etmək və proteinin bloklanmasının keçəlliyin qarşısını ala bilməsi və hətta itirilmiş saç örtüyünün bərpa edilməsinin mümkünlüyünün yoxlanmasından ibarıət olacaq.




