İran Amerikanı cavab zərbəsi ilə hədələyib

Sajjadi

İran Amerika qüvvələrinə dünyanın istənilən guşəsində cavab zərbəsi endirmək üçün yaxşı imkanlara malikdir, deyib İranın Moskvadakı səfiri.

“İran ABŞ üzərinə dünya boyu cavab zərbəsi endirmək üçün yaxşı imkanlara malikdir. Hazırda Amerika İraq və Əfqanısan bataqlığında ilişib-qalıb”, - deyib Mahmud Rza Səccadi.

Səfirin sözlərinə görə Amerikanın iqtisadi böhran keçirdiyi bir anda İrana həmlə Vaşinqton üçün intihar ola bilər.

“Amerikalılar İranın nə kimi bir ölkə olduğunu, onun potensialını yaxşı bilirlər” – deyib diplomat.

Amerika öz müttəfiqlərini İrana iqtisadi təzyiq tətbiq etməyə çağırır.

Avropa İttifaqı ötən ay <span/>İran <link type="page"><caption> neftinin idxalına</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/01/120123_iran_eu_sanstion.shtml" platform="highweb"/></link> embarqosunu elan edib.

Sonuncu sanksiyalar İranın nüvə silahı üzərində işlədiyini qeyd edən BMT məruzəsindən sonra qəbul olunur.

Tehran nüvə proqramının sırf sülh təyinatlı olduğunda təkidlidir.