Qorbaçov: seçkilərin nəticələri ləğv olunmalıdır

Gorbaçev

Şəklin mənbəyi, AFP

Sovet İttifaqının ilk və sonuncu prezidenti Mixail Qorbaçov deyib ki, bazar günü keçən parlament seçkilərinin nəticələri ləğv olunaraq yeni səsvermə keçirilməlidir.

İnterfaks agentliyinə müsahibəsində o çoxsaylı pozuntuları qeyd edib.

Qorbaçov seçkilərin xalqın iradəsini əks etdirmədiyini bildirib

“Xalqın rəyinin qulaq ardı vurulması hakimiyyəti gözdən salır və vəziyyətin sabitliyini pozur”, - deyib Mixail Qorbaçov

Müxalifət Vahid Rusiya partiyasının qalib gəldiyi seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirir.

Səsvermənin nəticələri ilə bağlı iki gün ərzində keçən nümayişlərdə minədək adamın həbs olunub.