Çinin kosmosa elmi laboratoriya göndərdi

Çin kosmosa elmi laboratoriya göndərdi

Şəklin mənbəyi, Getty Images

Çinin ilk kosmik stansiyası "Tiangong-1" ölkənin şimalından kosmik orbitə göndərilib.

"Uzaq Səfər" adlı raket Qobi səhrasında yerləşən Jikuan kosmodromundan fəzaya qalxıb.

Uçuşa nəzarət mərkəzi gəminin düzgün orbit üzrə uçuşu həyata keçirməsini startdan yalnız bir neçə saat keçəndən sonra təsdiqləyə biləcək.

Uzunluğu 10,5 m olan silindrik modul kosmik fəzada bir müddət pilotsuz uçuş rejimində qalacaq.

Lakin gələn il Çin kosmonavtlarının stansiyaya yola düşəcəkləri gözlənilir.

"Tiangong" Çin dilinə "Kosmik saray" kimi tərcümə edilir.

Çin alimlərinin məqsədi kosmik modulun bir müddət sərbəst rejimdə hərəkət etməsindən ibarətdir. Həmin müddət ərzində Yerdən uçuşa nəzarət ediləcəyi güman olunur.

Sonradan, bir neçə həftə ərzində, Çin kosmik fəzaya avtomatik rejimdə idarə olunan daha bir pilotsuz gəminin göndərilməsini nəzərdə tutur.

Hesablanmış orbitə çatandan sonra kosmik fəzada hərəkət edən hər 2 gəminin biri birinə birləşdirilməsi məqsədi güdülür.

Bu əməliyyatı Çin alimləri gələcəkdə kosmik fəzada daha iri orbital konstruksiyaların yaradılmasının əsas şərti hesab edirlər.

Kosmik fəzada orbital stansiyaların birləşdirilməsi əməliyyatını Çin uğurla başa vura bilsə, 2012-ci ildə orbitə 2 pilotlu uçuş həyata keçiriləcək.

Onların (2-3 Çin kosmonavtının) orbital stansiyada 2 həftəyə dək vaxt keçirəcəkləri planlaşdırılır.