Anders Berinq Breyvik Putinlə görüşməyi arzulayırmış

Norveç hadisələrini tək başına törətdiyini polisə bildirən 32 yaşlı Anders Berinq Breyvik Rusiya prezidenti Vladimir Putin ilə nə vaxtsa görüşmək arzusunda imiş.

Anders Berinq Breyvik

Şəklin mənbəyi, Reuters

Belə ki, o, öz internet qeydlərində müasir xadimlərdən Roma Papası və Vladimir Putinlə görüşməyi arzuladığını yazıb.

“Putin ədalətli və qətiyyətli rəhbərə bənzəyir, hörmətə layiqdir...” , - Anders Berinq Breyvik

(Anders Behring Breivik) qeyd edib.

Norveç polisi rəsi Sveynunq Sponheymə görə (Sveinung Sponheim) internetdə dərc etdiyi baxışları Anders Berinq Breyvikin sağçı, antimüsəlman baxışlara malik olduğunu deməyə əsas verir.

Ona məxsus olması güman edilən digər yazılara əsasən Anders Berinq Breyvik hesab edir ki, müsəlmanlar Qərbi Avropanı zəbt etməi qarşılarına məqsəd qoyublar.

32 yaşlı norveçlinin qənaətincə, buna "mədəni markizm" kimi səciyyələndirdiyi "multikulturalizm" ideologiyası münbir şərait yaradıb.

Facebook-dakı şəxsi səhifəsində Anders Berinq Breyvik özünü xristian və mühafizəkar kimi səciyyələndirib, bodibildinq həvəskarı olduğunu və masonluqla maraqlandığını bildirib.